Icma.az
close
up
RU
BÖYÜK ORTA DOĞUNUN YENİ PATRONU... Ağ Evin Türkiyə və Ərdoğan sevgisinin pərdəarxası

BÖYÜK ORTA DOĞUNUN YENİ PATRONU... Ağ Evin Türkiyə və Ərdoğan sevgisinin pərdəarxası

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Namiq Bilal

Birləşmiş Ştatların Böyük Orta Doğuda və Afrikada əsas tərəfdaş olaraq Türkiyəni seçdiyi barədə məlumatlar beynəlxalq mətbuatda mütamədi olaraq yayılır.

Son günlərdə belə məlumatları rəsmən təsdiqləyən iki mühüm hadisə baş verib. Bunlardan birincisi ABŞ-nin Türkiyəyə göndərəcəyi yeni səfir Tom Barakın Senat dinləmələrində səsləndirdiyi fikirlərdir.

O deyib: ˝Birləşmiş Ştatların Orta Doğudakı basqı siyasətində, o cümlədən İrana qarşı siyasətində ən önəmli tərəfdaşı Türkiyədir. Afrika qitəsində də Çinə qarşı mücadilədə ABŞ-nin əsas müttəfiqi Türkiyədir˝.

ABŞ-də belə ənənə var. Hər hansı ölkəyə səfir göndərilən diplomat Senatdakı dinləmədə Ağ Evin həmin ölkə ilə bağlı siyasətinin əsas prioritetlərini elan edir.

İkinci mühüm hadisə isə Benyamin Netanyahunun Ağ Evdə Donald Trampla görüşü zamanı dünya gündəminə bomba kimi düşən bəyanatlar oldu. Netanyahu Trampdan Suriyada Türkiyəyə qarşı yardım istədi. Tramp isə ˝Türkiyə iki min ildir heç kimin ala bilmədiyi Suriyanı aldı˝ dedi. Üstəlik, Oval ofisdə İsrail Baş nazirinə ˝Türkiyəyə qarşı ağıllı ol˝ təpkisini verdi.

Gözlərimizin önündə yeni dünyanın yeni tarixi yazılır. Son dövrlərə qədər ABŞ-nin Böyük Orta Doğu siyasətinin kilid nöqtəsi İsrail olub. Trampın prezident seçilməsindən sonra gözlənilirdi ki, Birləşmiş Ştatlar İsraili indiyə qədər görünməmiş ən yüksək səviyyədə dəstəkləyəcək. Lakin hesablar tərs təpdi. Öncə Tramp araşdırmaçı Jefri Saksın ˝Netanyahu O uşaqdır, Birləşmiş Ştatları Orta Doğudakı gərəksiz müharibələrə sürüklədi˝ çıxışını öz sosial media hesabından paylaşdı.

Bu paylaşım artıq ABŞ-nin İsrailin istəkləri ilə har hansı müharibəyə girməyəcəyinin siqnalı idi. İndi də Trampın Oval ofisdə Netanyahuya vediyi sərt təpki. Bu təpkini diplomatik dildən adi dilə çevirdikdə ˝Amerikanın regiondakı əsas müttəfiqi Türkiyədir˝ anlamını verir.

Sual yaranır. Nə üçün Tramp administrasiyası ABŞ-nin vazkeçilməz və ən böyük müttəfiqi olan İsraili bir kənara itələyir, ˝Orta Doğuda və Afrikada əsas müttəfiqimiz Türkiyədir˝ deyir? Sualın cavabını hansı ölkənin hansı gücə sahib olmasında axtarmaq lazımdır.

ABŞ-nin və Avropanın əsas dövlətlərinin hərtərəfli dəstəyinə baxmayaraq, İsrail nə Qəzzada “Hamas”, nə Livanda “Hizbullah”-a qarşı, nə də Suriyada yeni hakimiyyət güclərinə qarşı əllə tutulacaq qələbə qazana bilmədi. 

Türkiyə isə tam tərsinə, əlini qatdığı hər geopolitik qarşıdurmadan qəti qələbə ilə çıxır. Bu qələbələrin bəzilərini sıralayaq:


Ən sonuncusu Suriya qələbəsidir. Trampın da dediyi kimi, Türkiyə Suriyanın tamamını ələ keçirdi. Rəsmi Ankara görünməmiş ustalıqla çox böyük oyun quraraq, başda ABŞ olmaqla, bütövlükdə Qərb, Rusiya, İran, İsrail, BƏƏ, Səudiyyə Ərəbistanı kimi böyük güclərin at oynatdıqları Suriya sahəsini bütün bu güclərdən təmizlədi və təkbaşına onu ələ keçirdi. On dörd ildə vurulan düyün iki həftədə çözüldü.

Liviya qələbəsi. Xəlifə Haftarın paytaxt Trablusa girdiyi günləri yada salaq. Haftarın arxasında da Rusiya, İsrail, BƏƏ, Misir və Qərb dövlətləri dayanırdılar. Türkiyə təkbaşına bu böyük koalisiyaya qarşı dirəndi və onu Benqaziyə qədər qovdu, xilas etdiyi rəsmi Liviya hakimiyyəti ilə həyati əhəmiyyət daşıyan dəniz anlaşmasını imzaladı. Bu gün Liviyanın həm quru ərazilərindəki, həm də dəniz iqtisadi sahəsindəki neft-qaz hasilatı məsələsi Türkiyənin nəzarətindədir.

Qətər qələbəsi. Misir və körfəzin ərəb monarxiyaları Qətəri blokadaya salaraq çevriliş etməyə çalışdılar. Məhz Türkiyə Qətər əmirliyini və hakimiyyətini qorudu. Bu gün Qətər kimi çox əhəmiyyətli ölkə Türkiyənin ərəb dünyasındakı ən sadiq strateji tərəfdaşıdır.

Qarabağ qələbəsi. Rusiya, ABŞ, Fransa, İran və digər Qərb dövlətləri neytrallaşdırıldı, Azərbaycan-Türkiyə birliyi otuz illik problemi 44 günə həll etdi.

Bu sraya Türk coğrafiyasında, Balkanlarda, İraqda, Somalidə, Sudanda və digər sahələrdə qazanılan əhəmiyyətli uğurları da daxil etmək olar. Türkiyə əsaslı geopolitik gedişlər və möhtəşəm silah sənayesi ilə supergüc olma istiqamətində irəliləyir. Və bunu sanballı düşüncə quruluşları, ən böyük media qurumları yazır.

Bilindiyi kimi, ingilislərin əbədi dostları yox, əbədi maraqları olur. İngilis marağı da hər zaman ˝ölünün yox, dirinin yanındadır˝. Qərbi Avropa adlı geopolitik oyunçu bu gün səhnədə yoxdur. ABŞ isə zəifləyir, hökmünü əvvəlki kimi hər yerdə yeridə bilmir. Məhz bu səbəbdən Ağ Ev zəif İsrailin deyil, güclü Türkiyənin yanında olacaq. Və məhz bu səbəbdən Ağ Ev Orta Doğudakı və Afrikadakı maraqlarını Türkiyə ilə bölüşmək zorunda qalacaq. Başqa sözlə, zəfləyən Qərbin də könülsüz xeyir-duası ilə Türkiyə Cümhuriyyəti Böyük Orta Doğunun yeni patronu olur. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Aprel 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri