Icma.az
close
up
RU
Böyük qayıdış ... 30 il məcburi köçkün həyatı yaşamış insanlar öz doğma yurdlarına qayıdırlar

Böyük qayıdış ... 30 il məcburi köçkün həyatı yaşamış insanlar öz doğma yurdlarına qayıdırlar

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifəsidir. Qəhrəman ordumuz Ali Baş Komandanın döyüş tapşırıqlarını yüksək səviyyədə icra edərək bu qələbəni bizə qazandırdı. Ordumuz döyüş meydanında mərdcəsinə vuruşaraq düşməni təslim olmağa məcbur etdi. Ermənistan 30 il ərzində bir santimetr belə torpağımızı bizə qaytarmamaq üçün çalışdı. Onlar arxasında dayanan qüvvələrdən güc alırdılar. Amma müzəffər ordumuz nəinki Ermənistanı, həm də onun arxasında 30 il dayanaraq torpaqlarımızda işğalın davam etdirilməsinə dəstək verən qüvvələri məğlub etdi”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov açıqlamasında bildirib ki, onlar Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığını nəzərə almamışdılar.

Azər Badamov

“Ordumuz Ermənistandan fərqli olaraq mülki insanlara qarşı müharibə aparmadı. Hətta Şuşanı işğaldan azad ediləndən sonra 15 minə yaxın erməni əsgəri mühasirəmizə düşmüşdü və biz onların hamısını məhv edə bilərdik. Amma biz humanistlik nümayiş etdirdik və üçtərəfli bəyanat imzalayaraq müharibəni dayandırıb, ərazilərimizin tərk edilməsinə şərait yaratdıq. Ordumuzun qəhrəmanlığı sayəsində bir güllə atılmadan Ağdam, Laçın və Kəlbəcər rayonlarımızı işğaldan azad edə bildik. Üç ildən sonra isə torpaqlarımızda erməni separatçılığının kökünü kəsdik. Ermənilər isə torpaqlarımız işğal edəndə heç bir rəhm göstərmədilər. Silahsız mülki insanlara qarşı soyqırımlar törətdilər. Dinc insanları qətlə yetirərək, onların cansız bədənlərini təhqir etdilər və kütləvi şəkildə basdırdılar. Şəhərlərimiz və kəndlərimizə qarşı barbarlıq etdilər. Biz isə torpaqlarımızı könüllü tərk etmək istəyənlərə yol açdıq və bir nəfərin burnunu belə qanatmadıq. Təbii ki, bu, xalqımızın böyüklüyüdür”-deyən deputat vurğulayıb ki, bu gün öz gücü ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirlən tikinti işləri həcmində yenidənqurma və bərpa işləri görən dünyada ikinci bir ölkə yoxdur.

“Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bütün hədəflərə nail olunur. Bu gün Qarabağda erməni separatçılığının kökü kəsildi. 30 il məcburi köçkün həyatı yaşamış insanlar öz doğma yurdlarına qayıdırlar və xoşbəxt həyatlarına qovuşurlar. Dövlət başçısı Novruz bayramında Həzənriz kəndinin sakinlərinə evlərin açarlarını təqdim edərək sevindirmişdisə, Ramazan bayramı ərəfəsində isə sarıcalıları sevindirdi. Ümumiyyətlə, bu günə qədər 13 yaşayış məntəqəsi yenidən qurularaq öz sahiblərinin istifadəsinə verilmişdir. İlin sonuna qədər Ağdam şəhəri, Xıdırlı və Kəngərli kəndləri də öz sakinlərini qarşılayacaq”-deyən deputat bildirib ki, Sarıcalıda bütün infrastruktur ən müasir şəkildə yenidən qurulub.

“Bu kənddə işğaldan əvvəl 239 ev vardısa, indi 425 ev tikilərək əhalinin məskunlaşmasına şərait yaradılacaq. Tikilən hər bir evə 12 sot həyətyanı sahənin ayırılması və digər ərazilərdə də təsərrüfat işləri görmək üçün layihələrin icrası öz dogma yurdlarına qayıdan şəxslərin yaşayış və iş məsələlərinin kompleks şəkildə həll olunması deməkdir.

Suqovuşan və Sərsəng su anbarları erməni işğalı altında olduğu illərdə təsərrüfat işlərinin görülməsində də böyük problemlərlə qarşılaşırdıq. Amma bu gün Ağdamın Xaçınçay su anbarı da yenidən qurulub, təsərrüfatlararası kanalların bərpası işləri aparılır və 100 min hektardan çox ərazi dövriyyəyə qaytarılır”-deyən deputat bildirib ki, torpaqlar öz sahiblərinə qayıtdığı kimi su resurslarımız da öz sahiblərinə qayıtmışdır və işğaldan azad olunmuş ərazilər Cənnətə çevrilməkdədir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Mart 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri