“Böyük Qayıdış Azərbaycanın Zəfər ruhunu dirçəliş salnaməsinə çevirir“ MİLLƏT VƏKİLİ
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, milli iradənin və dövlətimizin gücünün təntənəsini ifadə edən əlamətdar gündür. 1993-cü ildə Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin salınan kəlbəcərlilər uzun illər bu günün həsrəti ilə yaşadılar”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 25-də isə Azərbaycan öz tarixi torpaqlarına qayıdışın növbəti mərhələsini reallaşdırdı:
” 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Kəlbəcərin bir güllə atılmadan Azərbaycana qaytarılması Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, düşünülmüş diplomatik strategiyasının və Azərbaycan Ordusunun yaratdığı yeni reallıqların nəticəsi idi.
Kəlbəcərin azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də Azərbaycanın regional mövqelərinin möhkəmlənməsi və milli təhlükəsizliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu ərazi özünün coğrafi mövqeyi, zəngin təbii sərvətləri və strateji imkanları ilə ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, Kəlbəcərin tarixi-mədəni irsinin qorunması və yenidən dirçəldilməsi milli yaddaşımızın bərpasının mühüm tərkib hissəsidir.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə şəhərin müasir Baş plan əsasında yenidən qurulması, yol-nəqliyyat və enerji infrastrukturunun yaradılması, yaşayış məhəllələrinin, sosial obyektlərin inşası kompleks inkişaf strategiyasının əsas istiqamətləridir. Xüsusilə Kəlbəcərin zəngin hidroenerji potensialından istifadə olunması, kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi, İstisu mineral su mənbələrinin və turizm imkanlarının inkişafı bölgənin gələcək iqtisadi həyatında mühüm rol oynayacaq. Burada əsas məqsəd yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, Kəlbəcəri müasir yaşayış standartlarına cavab verən, iqtisadi cəhətdən fəal və dayanıqlı inkişaf edən bir şəhərə çevirməkdir.
Böyük Qayıdış prosesi isə bütün bu işlərin ən mühüm sosial nəticəsidir. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının başlanması uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların həyatında yeni mərhələ açdı. Çünki hər bir bərpa layihəsinin əsl nəticəsi həmin torpaqlarda həyatın yenidən canlanması, ailələrin öz evlərinə qayıtması, uşaqların doğma şəhərlərində böyüməsi və gələcəyə inamla baxmasıdır. Qayıdışın davamlı olması üçün yaşayış şəraiti ilə yanaşı, məşğulluq imkanlarının, təhsil və səhiyyə xidmətlərinin, sosial infrastrukturun inkişafı da xüsusi əhəmiyyət daşıyır.
Kəlbəcərin gələcək inkişafını Azərbaycanın Zəfər tarixinin davam edən quruculuq mərhələsi kimi qiymətləndirirəm. Əgər 2020-ci il noyabrın 25-i torpaqlarımızın azadlığının və dövlət suverenliyimizin möhkəmlənməsinin tarixi idisə, bu gün Kəlbəcərdə salınan yeni yaşayış məhəllələri, istifadəyə verilən infrastruktur və doğma yurda qayıdan ailələr həmin Zəfərin real nəticələridir. Kəlbəcər gələcəkdə təbii sərvətləri, turizm potensialı, yaşıl enerji imkanları və müasir şəhər infrastrukturu ilə Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verən mühüm mərkəzlərdən birinə çevriləcək. Ən başlıcası isə Kəlbəcər bir daha sübut edir ki, Azərbaycan xalqının tarixi yaddaşı, torpağa bağlılığı və dövlətçilik iradəsi heç bir zaman qırıla bilməz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 25 Noyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















