Icma.az
close
up
RU
Böyük Qayıdış bizim milli səviyyədə qəbul olunmuş fəaliyyət proqramımızdır MÜNASİBƏT BİLDİRİLDİ

Böyük Qayıdış bizim milli səviyyədə qəbul olunmuş fəaliyyət proqramımızdır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

""Böyük Qayıdış" proqramı bizim milli səviyyədə qəbul olunmuş fəaliyyət proqramımızdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, proqram iki hissədən ibarətdir: "Birinci hissəsi Qarabağ və ətraf rayonlara qayıdışımız və onları quruculuq, bərpa işləri ilə müasir tələblərə uyğun etməkdir. İkincisi isə soydaşlarımızın Qərbi Azərbaycana, Zəngəzura qayıdışıdır.

İki hissə bir-birini tamamlayır. Onların əsas mahiyyəti ondan ibarətdir ki, insanlar doğma yurd-yuvalarına qayıtsınlar. Çünki müharibə ucbatından Azərbaycanın bir neçə yüz min əhalisi həm didərgin düşdü, həm də öz ölkəmizdə məcburi köçkün statusu qazandı. Odur ki, insanlar doğma yurd-yuvalarında olandan sonra məcburən miqrasiya etdikdə həmişə böyük sarsıntılar, sıxıntılar yaşayırlar. Onların da əsas məqsədi ondan ibarətdir ki, yurdlarına qayıtsınlar. Bu prosesdə dövlət, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onlara dəstəkçidir. Bu bizim milli qeyrət işimizə çevrilib. Bir yandan işğalçıları torpaqlarımızdan rədd etdik. Digər tərəfdən isə soydaşlarımızın qayıdışı bizə vacib məsələyə çevrilib.

Bu bölgələrin bərpası, yenidən qurulması, infrastrukturun yaradılması, hamısı insanların gözləntilərinə cavab verən proseslərdir. Onlar Prezident İlham Əliyevin bilavasitə nəzarəti ilə həyata keçirilir. Çünki yüksək standartlara cavab vermək lazımdır. "Ağıllı şəhər" və "Ağıllı kənd" prinsipini realizə etmək vacibdir. Digər tərəfdən artıq müasir dönəmdə gələcəyin çağırışlarına cavab verməyə çalışmaq lazımdır. Bu baxımdan ən mütərəqqi üsullarla və innovativ həll yolları ilə Azərbaycan Respublikasının yaradıcı qüvvələri işləri bərqərar edirlər. Digər tərəfdən də Şərqi Zəngəzurda da, Qarabağda elə vəziyyət formalaşıb ki, xarici qonaqlar da gələndə valeh olurlar. Beş il deyil ki, qəsbkar ölkəni ərazilərimizdən çıxarmışıq. Buna baxmayaraq yeni şəhərlər, qəsəbələr sürətlə ayağa qalxır. Biz uzun müddət əsirlikdə olan torpağımızı həm azad etmişik, həm də onun təbii görünüşünü ona qaytarırıq.

Bu o deməkdir ki, insanların yaşayış tərzi yaxşılaşacaq, yaşayış keyfiyyəti yüksələcək, iş yerləri açılmalıdır və açılır. Çünki şəhərləri tikmək hələ az məsələdir, gərək orada sosial zəmində olan mexanizmlər işə düşsün. İnsanlar işləməlidir ki, özlərini dolandıra bilsinlər. Uşaqlarını məktəbə, bağçaya göndərməlidirlər. Dövlət obyektləri, mədəni obyektlər, muzeylər yaradıcılıq studiyaları gərək öz yerlərini tutsun".

"İlk növbədə bizim üçün ən vacib olan insanları işlə təmin etməkdir. Görürük ki, Prezident İlham Əliyev Qarabağa səfər etdikdə həmişə yeni obyektlərin təməlqoyma mərasimlərində iştirak edir. Özü bilavasitə bu proseslərə nəzarət edir. 2020-2021-ci ildən bəri tikilən obyektlərin istifadəyə verilməsinin şahidi oluruq. Bu həm simvolik göstəricidir, həm də gözləntilərimizə uyğundur. Çünki bu adam bizim həm hərbi qələbəmizin memarıdır, həm də əmək cəbhəsində əldə etdiyimiz bütün uğurların təminatçısıdır. Odur ki, bu proseslərdən yalnız məmnunuq. Həm bizi fərəhləndirir, həm də dünya qarşısında sözümüzü deyirik. Bir tərəfdən hərbi qələbə əldə etdik, digər tərəfdən də düşməni yerlə-yeksan etdik. O torpaqlara yenidən həyat gətiririk.

Çiçəklənmiş şəhər, qəsəbələrimiz var idi, insanlar yaşayıb-yaratmışdılar. Torpaqlarımızı azad edəndə salamat bina yox idi. İndi biz fərəh hissi ilə yenidən qurulan şəhər, qəsəbələrimizin göz oxşayan görkəmini görürük. Bu, həm sevinc mənbəyidir, həm də fəaliyyətimizi yeni səviyyədə həyata keçirməyimiz üçün çağırışdır" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri