Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Böyük qayıdış rəqəmlərdə, 100 minə çatan yol necə qət edildi...

Böyük qayıdış rəqəmlərdə, 100 minə çatan yol necə qət edildi...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün baş verən proses statistik baxımdan gözlənildiyindən də sürətlidir. Yüz minə yaxın vətəndaş bu torpaqlarda yaşayır, işləyir və təhsil alır. Bu rəqəm arxasında dörd illik ardıcıl dövlət proqramı, mərhələli bərpa-quruculuq strategiyası və sosial media müşahidələrinin göstərdiyi kimi kütləvi bir istək dayanır - doğma torpağa qayıtmaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sentyabr ayına olan məlumatına görə, hazırda işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən və təhsil alan vətəndaşların sayı təxminən 100 min nəfərə çatıb.

Diqqət çəkən dinamika ondadır ki, bu ilin ilk səkkiz ayında təkcə 3350 ailə (13 778 nəfər) köçürülüb. Qeyd edilən mənzərə prosesin sürətlənməkdə olduğunu göstərir.

Ağdərə rayonu ən çox məskunlaşma müşahidə olunan bölgələrdən biridir. Xocavənd rayonu, Füzuli şəhəri, Laçın, Xocalı, Şuşa da xüsusi diqqət mərkəzindədir. Xankəndi və Kərkicahan qayıdışın yeni sürətlənən istiqamətlərdir. Zəngilan, Cəbrayıl, Ağdam demək olar ki, hər gün öz sakinlərini qəbul edir.

Sosial media araşdırmalarının göstərdiyi maraqlı tendensiyalardan biri budur ki, bütün bölgələrin sakinləri arasında doğma torpağa qayıtmaq istəyi yüksək olsa da, Kəlbəcərlilər bu istiqamətdə xüsusilə fəaldır. Bunun bir neçə izahı var.


Birincisi, Kəlbəcərin işğaldan azad edilməsinin başa çatdığı gün 25 noyabr rəsmi olaraq Kəlbəcər şəhəri günü elan edilib, bu tarix Böyük Qayıdışın rəmzi kimi əbədiləşdirilib. İkincisi, son bir ildə rayonda "DOST" mərkəzi, "Azərpoçt" şöbəsi, KOBİA və DMA kimi dövlət qurumları artıq əhaliyə xidmət göstərir, 34 hektar ərazidə tikilən "İstisu" Müalicə-İstirahət Kompleksinin  yaxınlarda istifadəyə verilməsi planlaşdırılır. Üçüncüsü, Kəlbəcər tarixən (2020-ci ilə qədər) 77 mindən çox əhaliyə malik, təbii ehtiyatları zəngin bölgə olub. Sakinlərdə torpağa bağlılığın xüsusilə güclü olmasının əsas səbəblərindən biridir.

Qayıdışın praktik-iqtisadi əsası da güclənməkdədir. Bölgələrdə "modultipli sahibkarlıq obyektləri" artıq fəaliyyətdədir, kənd təsərrüfatı sahəsində isə miqyas xüsusilə diqqətəlayiqdir: Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə 832 fermer təsərrüfatına məxsus 249 919 baş xırdabuynuzlu, 8516 baş iribuynuzlu heyvan və 4133 fermerə məxsus 185 207 arı ailəsi bu ərazilərə köçürülüb. Bu rəqəmlər göstərir ki, qayıdış həm də tam iqtisadi ekosistem (heyvandarlıq, arıçılıq, kiçik sahibkarlıq) paralel şəkildə formalaşdırılır.


Sosial infrastrukturun bərpası prosesi də paralel templə irəliləyir. Hazırda Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Ağalı, Zabux, Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası artıq istifadəyə verilib, Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərlərində və Kərkicahan qəsəbəsində isə əlavə 12 məktəbin tikintisi və ya əsaslı təmiri yekunlaşıb. Səhiyyə sahəsində Cəbrayıl şəhərində 150 çarpayı yerlik mərkəzi xəstəxananın tikintisi kimi layihələr, Füzuli və Zəngilan şəhərlərində artıq istismara verilmiş beynəlxalq hava limanları infrastrukturun tam dövrəli formalaşdığını göstərir.

2020-2026-cü illər ərzində Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə yüzlərlə tədbirdə şəxsən iştirak edib, 8 şəhər və 32 kənd-qəsəbədə 120 layihənin təməlini qoyub, 71 tikinti obyektinin açılışını edib. Bütün bunlar  prosesin ən yüksək səviyyədə birbaşa nəzarətdə olduğunu göstərir.


Qayıdışın sürətini məhdudlaşdıran əsas amillərdən biri minalanmış ərazilərin təmizlənməsi prosesidir. Bu günə qədər 152 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatdan təmizlənib, 2026-cı ilin sonuna qədər bu rəqəmin 280 min hektara çatdırılması planlaşdırılır. Bu proses heç bir xarici donorun dəstəyi olmadan, tamamilə Azərbaycan dövlətinin öz resursları hesabına aparılır.

Faktların ardıcıllığıonu deməyə əsas verir ki, Böyük Qayıdış "mənzil paylama" ilə yanaşı, mina təmizlənməsindən yol-nəqliyyat infrastrukturuna, təhsil-səhiyyə obyektlərindən kənd təsərrüfatı ekosisteminə qədər bütün zəncirin paralel qurulduğu kompleks dövlət proqramıdır. Kəlbəcər nümunəsi göstərir ki, məhz bu kompleks yanaşma infrastrukturun insanla eyni vaxtda "qayıtması" sakinlərin könüllü, həvəslə geri dönmə istəyini gücləndirən əsas amildir.

Elnur ƏMİROV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Sentyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri