NATO Rusiyaya verdiyi vədi 5 6 dəfə pozub Peskov
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı Rusiyaya dəfələrlə vəd verilsə də, alyans bu vədi 5-6 dəfə pozub.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Peskov NATO-nun genişlənməyəcəyinə dair vədin sənədlə rəsmiləşdirilməsinin vacibliyini vurğulayıb.
“Əslində, NATO-nun genişlənməyəcəyinin sənədlə təsdiqlənməsi istiqamətində addımlar atılmalıdır”, – deyə o bildirib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin NATO-nun şərqə doğru bir addım belə atmayacağına dair vədini pozaraq Rusiyanı aldatdığını iddia edib.
Putinin sözlərinə görə, Rusiya Avropa ölkələrini heç vaxt təhdid etməyib, Qərbin bütün addımları isə qarşıdurmanın davam etdirilməsinə və hərbi xərclərin əsaslandırılmasına yönəlib.
Qeyd edək ki, iyul ayında senator Aleksey Puşkov ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin 1990-cı ildə SSRİ prezidenti Mixail Qorbaçova verdiyi yazılı vədi dərc edib. Sənəddə birləşmiş Almaniyanın NATO-ya daxil olmasından sonra alyansın şərqə doğru genişlənməyəcəyi qeyd olunub. Puşkov isə ABŞ-ın cəmi üç il sonra alyansın şərqə genişlənməsi ilə bağlı planlar hazırlamağa başladığını bildirib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Noyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















