Icma.az
close
up
RU
Böyük Qayıdış uğurla, sürətlə davam edir

Böyük Qayıdış uğurla, sürətlə davam edir

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində işğaldan azad edilən torpaqların yenidən qurulacağını bildirib: “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq”.

Artıq Qarabağ və Şərqi Zəngəzur gündən-günə inkişaf edir, dirçəlir, çiçəklənir. İnkişafla yanaşı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilən ərazilərə Böyük Qayıdış davam etdirilir. Azad edilən və yenidənqurma, bərpa işləri aparılan torpaqlarımızda minlərlə soydaşımız məskunlaşıb, köç prosesi indi də davam etdirilir.

Aprelin 22-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb. Həsənriz kəndinə bu mərhələdə 20 ailə - 68 nəfər köçürülüb. Onlara mənzillərin açarları təqdim edilib.

Ötən günlərdə də Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə və Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 34 ailə - 141 nəfər köçürülüb.

Eyni zamanda Xocalı rayonunun Ballıca kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 21 ailə - 83 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Əliyev Sərvər deyib ki, torpaqlarımız işğal ediləndən sonra müxtəlif yerlərdə məskunlaşmışdım. Yaşayış şəraitimiz yaxşı deyildi. Bu gün isə bizə Sarıcalı kəndində gözəl həyəti olan ev verəcəklər. Ailəmlə birgə orada firavan yaşayacağam.

“Bizi Qarabağımıza qaytardığına, belə gözəl evlərlə təmin etdiyinə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Allah Ordumuzu, dövlətimizi qorusun”, - deyə keçmiş məcburi köçkün bildirib.

Ağdam rayonunun Sarıcalı kəndinə qayıdan keçmiş məcburi köçkün Almas Əliyeva isə deyib ki, doğma yurdumuzu tərk edəndə cavan idim. İndi o torpaqlara qızım, oğlum, gəlinim və nəvələrimlə qayıdıram.

“Otuz ildən də çox bir müddətdə doğma elimizdən ayrı qaldıq. Yurdumuza qayıtmaq əlçatmaz arzu kimi görünsə də, ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq. Allaha çox şükürlər olsun ki, arzularımız gerçəyə çevrilib. Bu sevinci bizə yaşatdığına görə Prezident İlham Əliyevə, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”, - deyə keçmiş məcburi köçkün bildirib.

Daha sonra Sarıcalı və Ballıca kəndlərinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Onu da qeyd edək ki, aprelin 9-da da Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə kəndə 54 ailə (179 nəfər) köçürülüb.

Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün 4-cü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin 7-də 53, aprelin 9-da isə 54 ailə köçürülüb. Bununla da Suqovuşana köçürülən ailələrin sayı 180-ə çatdırılıb.

Elə həmin gün Suqovuşan kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər. Artıq doğma kəndinə köçən ailələrin sayı 180-ə çatdırılıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 minə yaxın insan yaşayır.

Yeri gəlmişkən, Ağdam şəhərində də yenidənqurma, abadlıq işləri müvəffəqiyyətlə davam etdirilir.

Bu işlərin ardınca şəhərin 5-ci yaşayış massivi üzrə binaların tikintisinə başlanılır.

Belə ki, qeyd olunan yaşayış massivi çərçivəsində məhəllə O-120, O-122, O-128, O-140 üzrə binalar inşa olunacaq.

Artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə start verilib.

Qurum görüləcək cəmi işlərin 48,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Deputat Vüqar Bayramov deyib ki, işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Qarabağ və Şərqi Zəngəzura qayıdanların sayı bu il 40 minə, gələn il isə 140 minə çatacaq.

"Həmin ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması Azərbaycanın gücünün, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin nəticəsidir", - deyə o qeyd edib.

Xankəndidə diplomatik korpus nümayəndələri ilə görüşündə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov deyib ki, Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən ermənilər Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində Azərbaycan xalqına məxsus mədəni, dini, tarix abidələr və qəbristanlıqları məhv edib. Onlardan fərqli olaraq, bu gün Azərbaycan dövləti tərəfindən Xankəndi şəhərində olan erməni qəbristanlıqları və kilsələr qorunub saxlanılır. Xankəndi şəhərindəki erməni sakinlər bu gün burda rahat və təhlükəsiz yaşayırlar.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə bu gün geniş tikinti-bərpa işləri həyata keçirilir. Yeni müasir avtomobil yolları, dəmir yolları, hava yolları çəkilir. Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin edilir. Ərazilərdə geniş yaşıllıq zolaqları salınır. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhəri və digər yaşayış məntəqələri sahibkarlar üçün əlverişli mühit formalaşdırır.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 439 sahibkarlıq subyektləri tərəfindən 30 milyon manat investisiya qoyulub. Özəl sektor üzrə 1900-ə yaxın şəxs işlə təmin edilib. İlin sonuna qədər bu rəqəmin 3 mindən artıq olması planlaşdırılır. Əhalinin məşğulluğu təmin edilir, yeni iş yerləri yaradılır. Əhalinin geri dönüşü üçün ərazilərdə yeni təhsil ocaqları, tibb məntəqələri və digər lazımı infrastruktur yaradılır. Böyük qayıdış proqramı çərçivəsində geri qayıdan əhali bu xidmətlərindən istifadə edir.

Ərazilər minalardan təmizlənir, bu işlər üçün xarici mütəxəssislər də cəlb edilir. Mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərdə plana uyğun olaraq tikinti işləri həyata keçirilir. Xankəndi şəhərinin Baş planı da hazırlanır. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın insanın daimi məskunlaşması təmin edilib. Xocalı rayonunun Ballıca kəndində 136 ailə olmaqla, 660 sakinin, Ağdərə rayonunun Həsənriz kəndində 70 ailə olmaqla 238, Suqovuşan kəndinə 180 ailə olmaqla 592, Talış kəndində isə 20 ailə olmaqla 90 sakinin köçü təmin edilib. Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti-bərpa işləri davam etdirilir, digər 8 yaşayış məntəqəsində lahiyələndirmə və hazırıq işləri aparılır.

Maliyyə Nazirliyindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub.

Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Aprel 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see390

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see379

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see359

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see352

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see309

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see284

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see209

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see207

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see190

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see171

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see168

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see165

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see164

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see160

Başmaqdan yaranan suluqlar qadını xəstəxanalıq etdi

10 İyul 2026 22:10see159

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see156

FİFA ingilis referilərə Argentina oyunlarında hakimlik etməyi qadağan edib

11 İyul 2026 05:13see153

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see153

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see150

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri