Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Böyük Qayıdış sürətlə və uğurla gerçəkləşir

Böyük Qayıdış sürətlə və uğurla gerçəkləşir

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışı müasir tariximizin daha bir parlaq səhifəsinə çevrildi.

İşğaldan azad olunan digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Prezident eyni zamanda Kəngərli kənd tam orta məktəbinin binasının və Ağdamın Kəngərli kəndində 120 yerlik körpələr evi - uşaq bağçasının açılışını edib. Ağdamın Kəngərli kəndində inşa edilən orta məktəb binasının 30 sinif otağında 484 şagird təhsil alacaq.

Millət vəkili Səbinə Salmanova deyir ki, bir zamanlar "Qafqazın Xirosiması", "Kabus şəhər" adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir: "İşğal dövründə tamamilə viran qoyulan Ağdam artıq yeni inkişaf mərhələsindədir. Prezidentin Ağdama səfəri, rayonun Kəngərli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Prezident görüşdə Ağdam sakinlərinə növbəti şad xəbəri də verdi. İlham Əliyev qeyd etdi ki, rayonun Xıdırlı kəndi də, demək olar, açılışa hazırdır və yaxın aylarda orada da həyat qaynayacaq. Ölkə başçısı rayona səfəri çərçivəsində, həmçinin Ağdam vağzal kompleksinin və Ağdam Muğam Mərkəzinin açılışında da iştirak etdi. Bütün bunlar onu deməyə əsas verir ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək".

Millət vəkili Könül Nurullayeva qeyd edib ki, işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri regionun simasını tamamilə dəyişib: "Ağdamda Sarıcalıdan sonra artıq ikinci kənd - Kəngərli də tam bərpa olunub və doğma sakinlərin burada məskunlaşması üçün hər cür şərait yaradılıb. Bu, azad olunmuş ərazilərdə bərpa olunan 14-cü yaşayış məntəqəsidir. Prezident İlham Əliyenin Kəngərli sakinləri ilə görüşdə də söylədiyi kimi, təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Çünki həm Ermənistan, həm də onun havadarları işğalın əbədi qalmasına çalışırdı. Amma onlar Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, Azərbaycan dövlətinin güc toplayaraq düşməni öz torpağından qovacağını hesablaya bilməmişdilər. Ölkə başçısı bir daha bildirdi ki, siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü ordu, vətənpərvərlik və milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil bizim böyük Qələbəmizi şərtləndirdi. Azərbaycan elə bir tarix yazıb ki, son 5 ildir, hər kəs bundan danışır. Qarabağ və Şərqi Zəngəzurun yenilənən siması da dünyanın diqqətindədir".

K.Nurullayeva qeyd edib ki, bərpa-quruculuq işləri çərçivəsində Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsini dövlət başçısı ilk dəfə ictimaiyyətə açıqladı: "Laçın və Kəlbəcərdə də eyni layihə var. Bu isə həm turizm baxımından, həm də insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq. Yəni dövlət keçmiş məcburi köçkünlərin firavan və təhlükəsiz qayıdışını hərtərəfli təmin edir".

Millət vəkili Vüqar Rəhimzadə qeyd edib ki, sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq. Kəngərli kəndi bərpa edilən sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndləri artıq sakinlərinə qovuşub. Xıdırlı kəndi də açılışa hazırdır. İlham Əliyev bu müjdəni də çatdırdı ki, yaxın aylarda orada da həyat qaynayacaq.

Millət vəkilinin sözlərinə görə, artıq 30 ilin dağıntılarını bu gün müasir standartlara cavab verən bərpa-quruculuq işləri əvəzləyir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür. 30 il ərzində hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq".

Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması yeni reallıqlar yaradaraq Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Vətən müharibəsində Qələbəmizdən və suverenliyimizin tam bərpasından sonra müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Qarabağımız və Şərqi Zəngəzurumuz bu gün iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu məkanda keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Zəfərimizin yaratdığı reallıqların təbliğidir. Bu gün azad Qarabağda azad yaşayırıq. Artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, bu şəhərdə 8 mindən çox insan yaşayır. Şuşanı Xankəndi ilə birləşdirən "Kanat yolu" layihəsi üzərində iş gedir. Laçın şəhərində kanat yolunun tikintisinə bu il başlanılması nəzərdə tutulur. Kəlbəcərdə də belə layihə var. Təbii ki, bu sıralamanı daha da artıra bilərik. Bütün bunlar təbii ki, Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində tam və mütləq Qələbəmizin təqdimatlarıdır.

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə əsasən, son 5 ildə qarşımızda duran ən böyük milli vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışı təmin etmək və ərazilərimizdə məskunlaşma ilə bağlı infrastrukturu yaratmaqdan ibarət idi. İlk növbədə xüsusi proqram çərçivəsində Azərbaycan dövləti bütün işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsizliyi təmin etmək üçün mümkün təhlükə mənbələrini, o cümlədən minaları təmizlədi. ardınca yol kommunikasiya elektrik, su və digər vasitələrin inşa edilməsinə başlandı: "Nəticədə yüzlərlə kilometr yollar çəkildi, körpülər salındı, onlarla su elektrik stansiyası inşa edildi, hava limanları inşa edildi. Şəhər və kəndlərimizin qəbul olunmuş proqram üzrə şəhərsalma planları təsdiq edildi. Həmin bu proses müasir tikinti texnologiyalarına əsaslanan ən müasir formada həyata keçirildi. Ağıllı şəhərlər, ağıllı kəndlər formasında qayıdacaq vətəndaşlarımızın bütün rahatlığını təmin olunması üçün lazım olan zəruri tədbirlər görüldü".

Böyük Qayıdış proqramının sürətlə və uğurla gerçəkləşdiyini deyən H.Babaoğlu qeyd edib ki, 2026-cı ildə Böyük Qayıdışın birinci hissəsi başa çatacaq. Hazırda bu nəhəng dövlət proqramı üzrə proseslər intensiv olaraq davam etdirilməkdədir.

Millət vəkili qeyd edib ki, Prezidentin Ağdama səfər etməsi, Bakı-Ağdam dəmiryol inşasının başa çatması, Ağdam dəmiryol vağzalı stansiyasının açılışının edilməsi, həmçinin Ağdam sənaye parkı və digər müəssisələrinin açılış edilməsi Ağdamın böyük şöhrətini özünə qaytarılması istiqamətində atılan addımlardır. Müasir şəhərlərimizə daha da müasir şəkildə qayıdırıq.

Millət vəkili Azər Badamov bildirib ki, ermənilər Ağdamı taladılar, dağıtdılar və Qafqazın Hirosimasına çevirdilər. Çünki onlar bilirdilər ki, bir gün azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar. Məhz ona görə də nə qədər mümkündür apardılar. Amma Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz Ağdamı da, Şuşanı da, Xankəndini də və digər əraziləri düşmənlərdən təmizləyərək ərazilərin suverənliyini təmin etdi.

Azər Badamov dediyinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdama və digər ərazilərə yeni ruh, yeni nəfəs qayıdır: "Təbii ki, bunu görülən quruculuq və abadlıq işlərində, öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sevinc göz yaşları ilə görünməkdədir. Bu baxımdan 10 mayda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Ağdama səfəri tarixin yeni bir səhifəsinə imza atıldığının təsdiqidir. Torpaqlara əsl sahibləri qayıdanda çiçəklənir və inkişaf edir. Bu baxımdan dövlət başçımızın Ağdamda açılışlarını etdiyi Dəmir Yolu və Avtovogzal Kompleksi, Muğam Mərkəzi ağdamlıların və Ağdama gələcək qonaqların rahatlığını, mədəni istirahətini təmin edəcəkdir. Ağdama ağdamlılarla bir yerdə milli-mənəvi dəyərlər, muğam, mədəniyyət, musiqi də qayıdır. Həm də Ağdamın növbəti yaşayış məntəqəsi olan Kəngərli kəndinin birinci yaşayış kompleksinin açılışı, bu kənddə yaradılan müasir şərait azad olunmuş torpaqların addım-addım cənnətə çevrilməsidir. İnşa olunmuş müasir məktəb, uşaq bağçası, inzibati binalar və sair Kəngərliyə qayıdan uşaqların təhsil almasına, layiqli vətəndaş kimi böyüməsinə imkan verəcəkdir. Beləliklə, birmənalı şəkildə demək olar ki, Ağdam torpaqları da çiçəklənməklə öz xoşbəxtliklərinə qovuşur".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://525.az
archiveBu xəbər 16 May 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri