“Böyük Qayıdış”a sağlamlıq dəstəyi Səhiyyə Nazirliyindən Füzulidə tibbi aksiya FOTOLAR
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici tədbirləri davam etdirir.
Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən bildirilib.
Qeyd olunub ki, növbəti belə aksiya bugün Füzuli şəhərində keçirilib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) həkim briqadası yerli əhali üçün tibbi müayinələr və konsultasiyalar təşkil edib.
Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtik patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub.
Cərrah qastroenteroloqlar, damar və endokrin cərrahı, kardiocərrah, terapevt qastroenteroloq, nefroloq və digər ixtisaslı mütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbi baxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostik müayinələr aparılıb.
Ümumilikdə, aksiya müddətində 170 nəfərə yaxın vətəndaş tibbi müayinədən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış”a dəstək məqsədilə digər azad olunmuş bölgələrdə də bu qəbildən olan tibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 25 İyul 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















