Icma.az
close
up
RU
İfadə azadlığı söyüş və təhqiri legitimləşdirmir AÇIQLAMA

İfadə azadlığı söyüş və təhqiri legitimləşdirmir AÇIQLAMA

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hacıbəy Heydərli: Sosial şəbəkələrdə əxlaqsızlıq və təhqir cəmiyyət üçün təhlükədir

Son dövrlər sosial şəbəkələrdə - xüsusən “Tiktok” və “youtube”də canlı yayımlarda açıq söyüşlər, təhqirlər, əxlaqsız davranışlar və nifrət nitqi geniş vüsət alıb. 

Konkret olaraq xaricdə yaşayan bəzi blogerlər, bəzi tiktokerlər və əxlaqsızlığı təbliğ edən bəzi cinsi azlıqlar, LGBT nümayəndələri canlı yayımlar açaraq insanları aşağılayır, söyüşlər söyür, cəmiyyətdə aqressiya yaradır. 

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Sherg.az”a bildirib ki, bu hallar nəinki etik normalara, eyni zamanda ictimai asayişə və milli-mənəvi dəyərlərə ciddi zərər vurur:

“Bu baxımdan sosial mediada sağlam mühitin formalaşdırılması üçün dezinformasiyaya, təhqir və söyüşlərə qarşı mübarizə aparmaq məqsədilə Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası olaraq fəaliyyətimizi daha da gücləndirmək niyyətindəyik. Düşünürəm ki, əsas funksiyalarımızdan biri sosial şəbəkələrdə açıq şəkildə söyüş söyən, təhqir edən, nifrət dili yayan, əxlaqsızlığı təbliğ edən şəxslərin ifşa edilməsi, onların fəaliyyətinin faktlarla cəmiyyətə təqdim olunması olmalıdır. İlk növbədə söyüş, təhqir və əxlaqsız məzmun yayan hesabları sistemli şəkildə monitorinq ediləcək. Faktlar video, skrinşot və digər sübutlarla ictimaiyyətə təqdim ediləcək və təkrarlanan hallarla bağlı materiallar aidiyyəti dövlət qurumlarına veriləcək. Eyni zamanda dezinformasiya, feyk xəbərlər və deepfake məzmunların yayılmasını aşkarlayaraq onların mahiyyəti açıqlanacaq, cəmiyyətdə məsuliyyət hissinin formalaşması üçün maarifləndirici işlər, tədbirlər artırılacaq. Həmçinin qurum sosial şəbəkə platformaları ilə birbaşa əməkdaşlıq edərək zərərli məzmunların silinməsi və hesabların bloklanması üçün müraciətlər ediləcək.Təkrar qayda pozuntusu edən şəxslər barədə ictimai hesabatlar hazırlanacaq,nifrət dili və təhqirə qarşı əməli mexanizmlərin tətbiqi ilə bağlı təkliflər irəli sürüləcək. Media subyektləri və QHT-lərlə əməkdaşlıq edilərək sağlam informasiya mühitinin təşviqinə çalışılacaq, gənclər və istifadəçilər üçün etik davranış, rəqəmsal mədəniyyət və media savadlılığı mövzusunda layihələr artırılacaq”.

H. Heydərli hesab edir ki, bu addımlar sosial mediada cəzasızlıq mühitinin aradan qaldırılmasına, təhqir və söyüşlərin azalmasına, eyni zamanda dezinformasiya ilə mübarizədə effektiv mexanizmin formalaşmasına xidmət edəcək:

“Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası bu cür halların yolverilməz olduğunu bildirir və sosial şəbəkələrdə fəaliyyət göstərən bütün blogerləri, tiktokerləri və istifadəçiləri məsuliyyətli davranmağa çağırır. İfadə azadlığı heç bir halda təhqirə, söyüşə, yalan məlumat yayımına və ictimai manipulyasiyaya haqq qazandıra bilməz. Unutmamaq lazımdır ki, sosial media informasiya məkanının tərkib hissəsidir və burada yayılan hər bir məlumat ictimai məsuliyyət daşıyır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri