Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi 6 MİN DOLLARA YÜKSƏLƏCƏK
Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniya bankı Deutsche Bank qızılın qiymətlində son günlər müşahidə olunan azalmanın davamlı bir tendensiya dəyişikliyinə işarə etmədiyini bildirərək, qızılın unsiyasının qiymtinin 6 min dollara doğru yüksələcəyini proqnozlaşdırmaqda davam edir.
Marja xəbər verir ki, Banka görə, son ucuzlaşmaya baxmayaraq qızıl üçün qiymət proqnozu 6 min dollar səviyyəsində saxlanılıb.
Qurumun analitikləri qeyd edib ki, mərkəzi bankların alışları da daxil olmaqla sarı metalın əsas hərəkətverici amilləri “müsbət olaraq qalmaqdadır və investorların qızıla (və ümumilikdə qiymətli metallara) yatırım etmə əsaslarının dəyişmədiyinə inanılır”.
Bildirilib ki, mövcud bazar şərtləri qiymətlərdə davamlı geriyə dönüş üçün əlverişli görünmür. Eyni zamanda Çinin qiymətli metallara yönələn investisiya axınlarının əsas hərəkətverici qüvvəsi olduğuna dair əlamətlərin mövcud olduğu vurğulanıb.
Dramatik çöküş
Cümə günü əmtəə bazarlarında indiyədək müşahidə olunan ən dramatik çöküşlərdən biri yaşanıb. QIzılın unsiyasının qiyməti 5600 dollara yaxınlaşdıqdan sonra 4600 dollaradək geriləyib. Qeyd edək ki, bu gün qlobal bazarlarda qızılın unsiyasının qiyməti 4403 dolları da görüb. Bakı vaxtı ilə saat 16:00-da qızılın unsiyasının qiyməti 3 faizə yaxın ucuzlaşma ilə 4766 dollara ticarət olunub. Ötən həftə qızılın unsiyasının qiyməti 5600 dollara yaxınlşamışdı.
Son bir neçə ildə mərkəzi bankların dolların alternativi kimi qızıl ehtiyatlarını artırması fonunda qızıl qiymətləri yüksəliş trendində idi.
Son dövrdə ABŞ aktivlərinin satışına meylin artması və Çinli spekulyatorların alış dalğası da qiymətli metallardakı yüksəlişi gücləndirmişdi. Cümə günkü çöküşün əsas səbəbkarı isə ABŞ Prezidenti Donald Trampın Kevin Varşı Federal Ehtiyat Sisteminin (Fed) rəhbəri vəzifəsinə təyin edəcəyi ilə bağlı xəbər olub. Bu xəbər dolların möhkəmlənməsinə səbəb olub, bir çox investor isə metal qiymətlərinin artıq həddindən artıq yüksəldiyini və həftələrlə davam edən fasiləsiz artımdan sonra korreksiyanın qaçılmaz olduğunu düşünürdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 02 Fevral 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















