Icma.az
close
up
RU
Böyük Qayıdışın Cəbrayıl tarixçəsi

Böyük Qayıdışın Cəbrayıl tarixçəsi

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü elan olunub. Bu Cəbrayıl rayonunun işğaldan azad olunduğu gündür. 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Sayı 52 mindən çox olan Cəbrayıl əhalisi ölkənin müxtəlif bölgələrində yerləşən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdırılmlşdı. Ərazisi cəmi 1050 kv.km-dən ibarət olan Cəbrayıl rayonunun işğalı sadəcə torpaq itkisi deyildi. Qiymətli tikinti materialları xammalına, dəmir filizi və hətta neft ehtiyatlarına malik olan Cəbrayıl rayonu həm də tarixi-mədəni irsimizi təsdiq edən çoxsaylı abidələrlə zəngindir. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, o cümlədən türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri tarixi keçmişimizin nişanələridir. Minillər boyu bu torpaqlarda yaşayıb yaratmış əcdadlarımızın izini silmək üçün erməni işğalçıları bu möhtəşəm abidələri məhv etmiş və ya dağıntılara məruz qoymuşdular. İşğal dövründə Cəbrayıl rayonunun bütün mülki infrastrukturu dağıdılmış və ekspertlərin qənaətinə görə İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurulmuşdur. İşğal dövründə Cəbrayıl ərazisində işğalçılar tərəfindən qurulmuş hərbi istehkamlar rayonu alınmaz qalaya çevirmişdi.

Lakin bu Azərbaycan Ordusunun qarşısını ala bilməzdi. 27 il ərzində işğal altında qalmış Cəbrayıl rayonu 2020-ci ilin 44 günlük Vətən müharibəsinin elə ilk günlərində azad olundu. 2020-ci ilin 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində isə Cəbrayıl şəhəri və rayonun digər 9 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.

Azadlığın ilk günlərindən başlayaraq Cəbrayıl rayonunun yenidən qurulması üzrə geniş həcmli layihələr hazırlandı. İlk növbədə rayonun elektrik ennerjisi ilə təminatı və yol infrastrukturunun qurulması üzrə layihələr qısa müddətdə icra edildi. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı. 200 hektarlıq ərazini əhatə edən bu layihə çərçivəsində logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılırdı. Hazırda Sənaye Parkında 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb. Cəbrayıl rayonunun tam şəkildə bərpa olunması və “Böyük Qayıdış” Proqramı çərçivəsində bölgəyə qayıdan keçmiş məcburi köçkünlərin əmək fəaliyyəti və layiqli hyat şəraiti ilə təmin olunması üçün dövlət və hökümət qurumlarının fəaliyyəti durmadan davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş Plana əsasən Cəbrayıl sakinləri üçün müasir tipli yaşayış komplrkslərinin tikilməsi məqsədilə ayrılmış 143 ha ərazidə artıq tikinti və abadlıq işləri aparılmaqdadır. Baş Plan Cəbrayıl şəhərini və Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu, Şükürbəyli kəndlərinin yenidən qurulmasını nəzərdə tutur.

İşğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda aparılan abadlıq və quruculuq işləri də bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin Cəbrayıla 10 dəfədən artıq səfər etməsi də ölkə başçısının azad olunmuş torpaqlarımızın dirçəldilməsi və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün göstərdiyi davamlı səylərin və yürütdüyü ardıcıl siyasətin göstəricisidir.

Cavanşir Feyziyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Oktyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see264

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see264

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see246

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see242

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see237

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see231

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see225

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see224

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see218

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see206

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see204

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see202

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see201

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see201

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see200

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see200

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see199

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see198

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri