Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Böyük Qayıdışın Cəbrayıl və Zəngilan meydanları

Böyük Qayıdışın Cəbrayıl və Zəngilan meydanları

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

I rübdə azad torpaqlarda 386 milyon manatlıq layihələr gerçəkləşdirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilana səfərləri işğaldan azad edilmiş ərazilərimizin dirçəliş salnaməsində daha bir parlaq səhifə kimi yadda qalır. Yağı düşmən tərəfindən viran qoyulmuş yurd yerlərinin müasir şəhər və kəndlərə çevrilməsi, yolların, infrastrukturun, sosial obyektlərin bərpası, yenidən qurulması yeni perspektivlər vəd edir.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdə ölkə başçısının nitqi aydın təsəvvür yaradır ki, “Böyük Qayıdış” proqramı hərtərəfli olaraq əhalinin rahat yaşamına, bölgənin öz-özünü təmininə və iqtisadiyyata əsaslı dividendlər qazandıracaq.

Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə, 2 min 522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur.

İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Kənddə sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli çərçivəsində hər biri 80 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib. Şükürbəyli kəndində 35/10 kV-luq elektrik yarımstansiyası da inşa edilib. Elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin internet və “İP TV” şəbəkələri yaradılıb.

Əlbəttə, Şükürbəylidə görülən işlər də daxil olmaqla, Cəbrayılın iqtisadi siması göz qamaşdırır. Ölkə başçısının dediyi kimi, azad edilmiş ərazilərdə 2 sənayə zonası planlaşdırılıb ki, bunun 1-i Cəbrayıldadır. Burada yerləşən Araz Vadisi İqtisadi Zonası hazırda Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin əsas dayaqlarından biri kimi qiymətləndirilir. İranla sərhədə və regionun əsas nəqliyyat marşrutlarına - Zəngəzur dəhlizinə yaxın yerləşməsi bu sənaye parkını gələcək beynəlxalq logistika və ticarət qovşağına çevirir. Gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq.

Sənaye parkının vəd etdiyi əsas istiqamətlərdən biri minlərlə yeni iş yerinin yaradılmasıdır. Tikinti materialları, logistika, xidmət, kənd təsərrüfatı texnikası, emal və yüngül sənaye sahələrinin inkişafı bölgədə davamlı məşğulluq formalaşdırmağa hesablanıb. Ümumiyyətlə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 20 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib. Bu ilin mart ayına qədər parka 43,8 milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeri yaradılıb.

Cəbrayılın bir digər müsbət xüsusiyyəti bərpaolunan enerji mənbələri ilə bağlıdır. Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüş zamanı bildirdi ki, Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir: “Üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq”.

Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında oldu. Ümumiyyətlə, “Şəfəq” AİŞ, SOCAR və bp arasında imzalanan Səhmdar Sazişi ilə Cəbrayıl rayonunda yaradılmış 240 MVt gücündə Elektrik Stansiyası layihəsidir. Layihə üzrə təxminən 200 milyon dollardan çox investisiya yatırılıb. Bu layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsi və ən böyük xarici investisiya layihəsidir.

Qeyd edək ki, “Şəfəq” GES-in illik istehsalı təxminən 500 milyon kilovat/saat olacaq və bu, karbon emissiyasını azaldaraq, enerji qənaətinə kömək edəcək. “Şəfəq” GES, Cəbrayıl rayonunun elektrik şəbəkəsinə enerji ötürəcək, eyni zamanda, Səngəçal terminalının enerji ehtiyaclarını bərpaolunan enerjidən təmin edəcək. Layihə, Azərbaycanın “yaşıl enerji” sektorunu inkişaf etdirmək və ekoloji davamlılığı artırmaq məqsədi daşıyır. Bu stansiya, həmçinin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verəcək.

Cəbrayılın xoş simasına paralel olaraq Zəngilanda da əhəmiyyətli işlər görülmüşdür. Ölkə başçısının və birinci xanımın buraya səfəri əlamətdarlığı ilə seçilir. İlk olaraq, şəhərdə inşa olunan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı, Böyük Qayıdış proqramının daha bir mühüm mərhələsinin icrası baxımından önəmlidir. Vaxtilə işğalın izlərini daşıyan bu torpaqlarda indi müasir urbanizasiya modeli formalaşır, yeni həyatın ritmi qurulur. Xatırladaq ki, 2022-ci ildə kompleksin təməlqoyma mərasimində də dövlət başçısı və birinci xanım iştirak etmişdilər.

Burada həyata keçirilən ən diqqətçəkən layihələrdən biri “Dost Aqropark”dır. Zəngilanda yerləşən sözügedən park həm də qardaşlıq simvoludur. Belə ki, buranın təməlini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il oktyabrın 26-da qoyublar. Bu təsərrüfat layihəsi azad edilmiş ərazilərdə yaradılan ilk kənd təsərrüfatı müəssisəsi kimi çıxış edir.

“Dost Aqropark” 10 min baş cins mal-qara hədəfinə yaxınlaşır və təxminən 6 min hektara yaxın sahədə iş aparılır. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyir. Kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulur. Aqropark burada 500 nəfərə iş imkanı yaradır.

Ümumiyyətlə, Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması istiqamətində fəaliyyətini yüksək templə davam etdirir. Cari ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr üzrə 386,2 milyon manat vəsait istifadə olunub. Bu məbləğ illik nəzərdə tutulan vəsaitin 11 faizinə bərabərdir və əsasən sifarişçi təşkilatların təqdim etdiyi kassa sifariş sənədləri əsasında icra edilib. Daha dəqiq yanaşsaq, “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub. Bütövlükdə isə 2020–2026-cı illər ərzində bu ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Ayrılan resursların böyük hissəsi infrastrukturun qurulmasına yönəldilib ki, bu da regionun uzunmüddətli iqtisadi potensialının formalaşdırılmasına hesablanıb.

Bir məqamı da xatırldaq ki, dövlətimiz artıq növbəti mərhələ üçün də strateji planlaşdırmaya başlayıb. Prezidentin sərəncamına əsasən, 2027–2030-cu illəri əhatə edəcək “Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanır. Bu proqram çərçivəsində yüz minlərlə vətəndaşın doğma torpaqlarına qayıdışı nəzərdə tutulur.

Nurlan ABDALOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri