Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

Vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə Vəkillər Kollegiyasının (VK) Tədris Mərkəzi və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə növbəti icbari təlimlər keçirilib.

Bu barədə AZƏRTAC-a kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirildiyinə görə, təlimə qatılan VK-nın Rəyasət Heyətinin sədri Anar Bağırov deyib ki, vəkillərin peşəkar bilik və bacarıqlarının davamlı inkişafı, qanunvericilikdəki yeniliklərin mənimsənilməsi və məhkəmə təcrübəsinin dərindən öyrənilməsi hüquqi yardımın keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyır.

Anar Bağırov vurğulayıb ki, mütəmadi təşkil olunan tədris tədbirləri vəkillərin nəzəri biliklərinin təcrübə ilə möhkəmləndirilməsinə, peşə fəaliyyətində qarşılaşdıqları məsələlərin həllinə və hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, nəzərə çatdırılıb ki, vəkillik fəaliyyəti ilə bağlı qanunvericiliyin müasir tələblərə uyğun inkişaf etdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, habelə mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsi vəkillik institutunun gücləndirilməsinin əsas istiqamətlərindəndir.

Həmçinin təlim mövzusunun aktuallığı ilə bağlı çıxış edən sədr deyib ki, bu istiqamətdə keçirilən təlimlər vəkillərə etik prinsiplərin nəzəri əsaslarını daha dərindən mənimsəmək, peşə fəaliyyətində qarşılaşdıqları praktiki məsələləri düzgün qiymətləndirmək və mümkün etik pozuntuların qarşısını almaq imkanı yaradır. Eyni zamanda, vurğulanıb ki, vəkilin müstəqilliyi, vicdanlılığı, məxfilik öhdəliyi, maraqlar toqquşmasının qarşısının alınması və müdafiə etdiyi şəxsin hüquq və qanuni mənafelərinə məsuliyyətlə yanaşması kimi məsələlərin müzakirəsi peşə məsuliyyətinin gücləndirilməsinə xidmət göstərir.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvləri Ruslan Vəliyev və Paşa Səfərov vəkillik fəaliyyətində peşə etikası, vəkilin peşə məsuliyyəti, vəkilin müstəqilliyi və müstəqil peşə fəaliyyəti, vəkilin vicdanlılıq və dürüstlük prinsipləri, vəkil sirrinin qorunması və məxfilik öhdəliyi, maraqlar toqquşmasının qarşısının alınması, vəkilin hüquqi və etik öhdəlikləri, peşə etikasının nəzəri və praktiki əsasları, etik normaların vəkillik fəaliyyətində tətbiqi, vəkilin müdafiə etdiyi şəxsin hüquq və qanuni mənafelərinə münasibəti, eləcə də vəkillərin intizam icraatı və etik pozuntuların qiymətləndirilməsi barədə geniş təqdimatla çıxış ediblər.

Təlimlər çərçivəsində vəkillərə “İnzibati məhkəmə icraatında iddianın növləri və düzgün iddia növünün müəyyən edilməsi” mövzusunda hibrid qaydada təlim təşkil olunub.

Təlimdə Ali Məhkəmənin hakimi Xəyalə Cəmilova iddiaçının hüquqi məqsədi, iddianın predmeti və iddia növü arasındakı əlaqə, iddianın mümkünlüyü və əsaslılığı, hüquqi maraq, aidiyyət və digər prosessual şərtlərin yoxlanılması, mübahisələndirmə haqqında iddia, inzibati aktın tam və ya qismən ləğvi və dəyişdirilməsi, icra olunmuş, ləğv edilmiş və ya qüvvədən düşmüş inzibati aktlar üzrə hüquqi müdafiə, məcburetmə haqqında iddia, arzulanan inzibati aktın qəbulundan imtina, məcburetmə iddiası üzrə məhkəmənin səlahiyyətləri, diskresion səlahiyyət, o cümlədən qiymətləndirmə azadlığı, öhdəliyin icrası haqqında iddia və onun məcburetmə iddiasından fərqi kimi praktiki məsələlər barədə geniş çıxış edib.

Qeyd edək ki, təşkil olunmuş hibrid formalı təlimlərdə VK Rəyasət Heyətinin sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov da daxil olmaqla, kollegiyanın 1387 üzvü iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri