Icma.az
close
up
RU
Böyük Qayıdışla sağlam gələcək: Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyası Cəbrayılda FOTOLAR

Böyük Qayıdışla sağlam gələcək: Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyası Cəbrayılda FOTOLAR

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Nazlrlikdən Bakıvaxtı.az-a bildirilib ki, növbəti belə tədbir noyabrın 14-ü baş tutub. Nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, terapevt, pediatr, dermatoveneroloq, ginekoloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Cəbrayıl rayonunda əhali üçün səyyar müayinələr keçirilib.

Aksiya çərçivəsində sakinlər arasında nevroloji, artroloji, dermatoloji, ginekoloji, fizioterapevtik, pediatrik reabilitasiya istiqamətlərində müayinələr aparılıb. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, dəri- zöhrəvi, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası, habelə 14 yaşa qədər uşaqlara pediatr baxışı üzrə müayinələr aparılıb.

Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib. Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.

Aksiya zamanı 220-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri