Icma.az
close
up
RU
Böyük quruculuq dövrü

Böyük quruculuq dövrü

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan tarixində bəzi günlər var ki, milli yaddaşımızda əbədi olaraq qürur və sevinc simvoluna çevrilir. 17 oktyabr – Füzuli şəhəri günü də məhz belə tarixi günlərdəndir. Bu tarix, həm də Azərbaycan xalqının əyilməz iradəsinin, qəhrəman Ordumuzun şücaətinin və dövlətimizin qətiyyətinin bariz nümunəsidir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan düzənlik və alçaq sahələri əhatə edir. Onun ərazisindən axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinə qovuşur. 1386 km²-lik rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə habelə Araz çayı boyunca İranla həmsərhəddir.

Coğrafi mövqeyinə görə Füzuli tarixən Qarabağa giriş qapısı hesab olunub. 1827-ci ildə əsası qoyulan Qarabulaq yaşayış məskəni əsasında 1930-cu ildə Qaryagin rayonu təşkil edilmiş, 1959-cu ildə isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə rayona Füzuli adı verilmişdir. Bu ad təkcə bir coğrafiyanın deyil, həm də poeziyanın, ədəbiyyatın, mənəviyyatın adı kimi tarixə yazılmışdır. Rayon türbələri, qəbir daşları, məscidləri ilə zəngin idi. Babı kəndindəki Şeyx Babi Yaqub türbəsi (XIII əsr), Aşağı Veysəllidəki Mirəli türbəsi (XIV əsr), Əhmədalılar kəndindəki sənduqəli qəbirdaşları, XIX əsr Cəlil türbəsi və digər abidələr Füzulinin qədim mədəniyyət mərkəzi olduğunu göstərirdi.
23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri Füzuli şəhərini və rayonun böyük hissəsini işğal etdi. Bu işğal nəticəsində 663 şəhid, 181 əsir və itkin, yüzlərlə müharibə əlili verdik. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin qətiyyətli əmri ilə keçirilən əməliyyatlar nəticəsində 22 yaşayış məntəqəsi azad edildi. Lakin Füzuli şəhərinin özü yalnız 2020-ci ilin 17 oktyabrında azad olundu. Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır, lakin ən şərəfli səhifələrindən biri oldu. 30 il ərzində düşmənin qurduğu istehkamlar ordumuzun iradəsi qarşısında məhv edildi. Hərbi mütəxəssislərin aylarla çəkəcəyini düşündüyü əməliyyat, Azərbaycan əsgərinin qəhrəmanlığı ilə qısa müddətdə uğurla başa çatdı. Düşmən ordusu sonda silahını ataraq qaçdı. Bu şanlı Qələbə ilə Füzuli azad edildi, Şuşaya yol açıldı və Qarabağın hərbi-siyasi taleyi birdəfəlik dəyişdi. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Füzulinin azad olunmasına görə” medalı ilə 25 mindən çox hərbi qulluqçumuz təltif olundu. Bu medal əsgərimizin igidliyinin, millətimizin qürurunun rəmzidir. İşğaldan sonra Füzuli rayonunun yenidən qurulması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” elan edildi. Ən ağır mina ilə çirklənmiş bölgələrdən olan Füzulidə bərpa işləri geniş vüsət alıb. Böyük Qayıdış Proqramına əsasən, 2026-cı ilin sonuna qədər 22 min insan Füzuliyə qayıdacaq. Özbəkistan Prezidentinin təşəbbüsü ilə məktəb, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Uşaq Yaradıcılıq Mərkəzinin inşası isə dostluğun və həmrəyliyin bariz nümunəsidir.
Prezident İlham Əliyevin Füzuliyə səfərləri isə azad olunmuş torpaqlarda quruculuğun canlı salnaməsinə çevrilib. 16 noyabr 2020 – Azərbaycan bayrağının Füzulidə ucaldılması, Zəfər yolunun təməlqoyması, 14 yanvar 2021 – Füzuli-Şuşa yolunun və Füzuli hava limanının təməlinin qoyulması, 26 oktyabr 2021 – Cəmi 8 ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə açılışı, 23 avqust 2023 – Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə məktəb açılışı, 12 mart 2024 – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Uşaq Yaradıcılıq Mərkəzinin açılışı, Qırğızıstan Prezidenti Sadır Japarovla birlikdə Füzuli şəhərinin baş planı ilə tanışlıq dostluğun və qardaşlığın nümunəsidir. Bu səfərlər bir daha göstərir ki, Füzuli Azərbaycanın yeni inkişaf mərkəzinə çevrilir. Bu gün Füzuli təkcə bir rayon deyil, həm də dirçəlişin, zəfərin, milli birlik və qürurun rəmzidir. Onun hər küçəsi, hər binası, hər məktəbi Azərbaycan xalqının möhtəşəm iradəsinin, əyilməz ruhunun canlı təcəssümüdür.
17 oktyabr – Füzuli şəhəri günü tariximizin ən şərəfli səhifələrindən birini xalqımıza hər zaman xatırladacaq. Azərbaycan qalib gəldi, torpaqlarına sahib çıxdı və indi gələcəyini də özü qurur.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri