Icma.az
close
up
RU
Böyük Qayıdış naminə möhtəşəm quruculuq işləri

Böyük Qayıdış naminə möhtəşəm quruculuq işləri

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Dövlət başçısının ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib. Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb.

Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Prezidentin tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir.

Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.

Həyata keçirilən infrastruktur layihələri içərisində yolların yenidən qurulması xüsusi yer tutur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin son məlumatına əsasən, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə Agentlik tərəfindən icra edilən layihələrin sayı 44, ümumi uzunluğu isə 3040.1 kilometr təşkil edir. Bunlardan 6 avtomobil yolunun tikintisi işləri ötən illərdə başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dəmiryol infrastrukturu da bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti işləri davam etdirilir. Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatıb. Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisi həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri arasında hava yolları da müstəsna əhəmiyyət daşıyır. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları tikilərək istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları bölgənin əhəmiyyətini artırmaqla yanaşı, gələcəkdə turizm potensialının artmasına da imkan yaradacaq. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda xüsusən bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi uzunluğu 3 032,4 kilometr təşkil edən yol salınıb. Ötən il Avtomobil Yolları Dövlət Agentliyi Ağdam, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Şuşa-Laçın, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Toğanalı Kəlbəcər-İstisu avtomobil yollarının inşasını aparıb, 35 avtomobil yolunun layihələndirilməsini və tikintisini yerinə yetirib, o cümlədən respublika əhəmiyyətli 875,4 kilometr və yerli əhəmiyyətli 2 157 kilometr yol salıb.

Dövlət Proqramına uyğun olaraq il ərzində işğaldan azad olunmuş ərazilərdə 7 kəndə gedən avtomobil yollarının və 4 rayonlararası avtomobil yollarının da tikintisi işləri aparılıb. O cümlədən: - Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolunun tikintisi - 2,8 kilometr, 2 hərəkət zolaqlı, icra 97 faiz,  Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolunun tikintisi - 3 kilometr, 2 hərəkət zolaqlı, icra 38 faiz, Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolunun tikintisi - 0,3 kilometr, 2 hərəkət zolaqlı, icra 10 faiz, Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolunun tikintisi - 0,2 kilometr, 2 hərəkət zolaqlı, icra 10 faiz, Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolunun tikintisi - 0,5 kilometr, 2 hərəkət zolaqlı, icra 10 faiz, Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolunun tikintisi - 1 kilometr, 2 hərəkət zolaqlı, icra 35 faiz, Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü kilometr-Umudlu- 10,2 kilometr, 2 hərəkət zolaqlı, icra 85 faiz, Suqovuşan-Kəlbəcər (9 kilometr) Ağdərə-Ağdam avtomobil yolunun tikintisi - icra 30 faiz, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi - 24 kilometr hissəsi | texniki dərəcəli, icra 56 faiz, Bərdə-Ağdam (40 kilometr)-Əsgəran avtomobil yolunun tikintisi, Tərtər-Ağdərə avtomobil yolunun yenidən qurulması işi həyata keçirilib. Bundan başqa, 7 şəhərin - Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl daxili yollarının layihələndirilməsi və tikintisi işləri aparılıb, o cümlədən Şuşa şəhərində - 52 kilometr, I mərhələ 15,8 kilometr 1-ci mərhələnin icrası 20 faiz, müvafiq olaraq Ağdam şəhərində - 189,7 kilometr, I mərhələ 58,7 kilometr 70 faiz, Qubadlı şəhərində 74 kilometr, I mərhələ 24 kilometr 8 faiz, Zəngilan şəhərində 32 kilometr, I mərhələ 15,8 kilometr 10 faiz, Kəlbəcər şəhərində - 26,5 kilometr, I mərhələ 18,9 kilometr 25 faiz, Cəbrayıl şəhərində - 44,5 kilometr, I mərhələ, 24 kilometr 97 faiz və Füzuli şəhərində 84,7 kilometr, I mərhələ 18,5 kilometr 24 faiz təşkil edib.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarımızın bərpasına 19 milyard manat vəsait ayrılıb:  "2025-ci ildə bu istiqamətdə ən azı 4 milyard manatın ayrılacağını nəzərə alsaq, bu o deməkdir ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasına 23 milyard manat vəsait ayrılıb. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur regionlarını yalnız daxili mənbələr hesabına qurur, yenidən inşa edir. 2025-ci il ərzində işğaldan azad edilmiş ərazilərimizə daha intensiv şəkildə məskunlaşmanın həyata keçiriləcəyi gözlənilir. Ağdam şəhəri daxil olmaqla yeni yaşayış məskunlaşma həyata keçiriləcək. Həm də işğaldan azad edilmiş ərazilərimizə daha çox sərmayənin cəlb edilməsi və özəl sektor hesabına iş yerlərinin sayının artırılması gözlənilir. Praktik olaraq bu gün Qarabağ və Şərqi Zəngəzurda tədqiq edilən dövlət dəstəyi, vergi güzəştləri, digər subsidiya mexanizmləri özəl sektorun işğaldan azad edilmiş ərazilərimizə daha çox sərmayə qoyulmasını təşviq edir".

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov qeyd edib ki, önəmli məsələlərdən biri odur ki, Prezident həm Qarabağ, həm də Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Onun sözlərinə görə, bu tendensiyaların, inkişaf prioritetlərinin həm də Qarabağ və Şərqi Zəngəzurda implementasiya hazırda mühüm əhəmiyyət kəsb edir: "Çünki enerjinin genorasiyası, günəş, külək enerjisinin istifadəsi üçün bölgədə çox geniş potensial var. Hətta deyərdim ki, ixrac potensialı da var. 2025-ci ilin dövlət büdcəsindən Qarabağda aparılan işlərin həyata keçirilməsi üçün 4 milyard manatdan çox vəsait ayrılıb. Əsasən enerji, infrastrukturun yaradılması, yeni nəqliyyat hablarının qurulması, ənənəvi enerji mənbələrinin bərpası nəzərdə tutulur. Ötən illərə nəzər salsaq, görərik ki, 30-dan çox Su Elektrik Stansiyası yenidən bərpa olunub, bütün yollar yenidən çəkilib. İlk dəfə məhz Qarabağ iqtisadi zonasında yeraltı tunellərin çəkilməsi Azərbaycan dövləti tərəfindən həyata keçirilib və uğurla icra edilib. Qarabağ və Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri arasında hava yolları da müstəsna əhəmiyyət daşıyır. Füzuli və Zəngilan beynəlxalq hava limanlarından sonra Laçın beynəlxalq hava limanının istifadəyə verilməsi nəzərdə tutulub. Xüsusən, qeyd etmək lazımdır ki, hava limanları bölgənin əhəmiyyətini artırmaqla yanaşı, gələcəkdə turizm potensialının artmasına da böyük imkan yaradacaq".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see217

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see153

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see150

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see147

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see145

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see128

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see126

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see125

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see125

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see124

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see124

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see123

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see122

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see120

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see120

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see120

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see120

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see118

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri