Icma.az
close
up
RU
Böyük tədbirlərlə kiçik qanunsuzluqları ört basdır edən AHİK lə bağlı İLGİNC İDDİALAR Qurum əlillərin hüquqlarını necə tapdalayır? KONKRET

Böyük tədbirlərlə kiçik qanunsuzluqları ört basdır edən AHİK lə bağlı İLGİNC İDDİALAR Qurum əlillərin hüquqlarını necə tapdalayır? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bəzən böyük və dəbdəbəli tədbirlər kənardan “nəhəng iş” kimi görünsə də, ancaq onun arxasında hansı qanunsuzluqların gizləndiyindən xəbərsiz oluruq. Bu zaman isə nəhəng işlərlə gündəmə gələn bəzi dövlət qurumlarının yarımçıq fəaliyyətləri pərdələnir. Elə son vaxtlar bir çox möhtəşəm tədbirlərin təşkili və keçirilməsi ilə gündəmə gələn Həmkarlar İttifaqları Konfederasiyası da öz kiçik səhvlərini böyük işlər altında ört-basdır etməyə səy göstərən qurumlar sırasındadır. Hərçənd onların əməllərinin nə qədər kiçik olduğunu söyləməyin özü də mübahisəlidir. Çünki yanlışlıqların və özbaşınalıqların miqyası olduqca böyükdür. 

KONKRET.az-a daxil olan məlumatlar belə düşünməyə vadar edir.

Əfsuslar olsun ki, Konfederasiya üzvlərinin əmək hüquqlarını kobud şəkildə pozmaqla məşğuldur. Şərqdə ilk kollektiv müqavilənin yubileyini qeyd edən AHİK 120 il geri qayıdaraq 8 saatlıq iş rejimini 10-12 saata çatdırmaq üzrədir. Bununla da Konfederasiya yeni “mazut konstitusiyasını” dirçəldib desək, yəqin ki, yanılmarıq. Hərçənd AHİK bütün işçilərin hüquqlarını qoruyan, onların problemlərini qabardan bir qurumdur. Ancaq öz işçisinin hüququnu tapdalayan bir qurumdan başqasının haqlarını qorumasını gözləmək də sadəlövhlükdür. Digər tərəfdən, AHİK-in girişində olan turniketlər səhər saatlarında çalışsa da, axşam saat 18:00-dan sonra nədənsə söndürülür. Bu sirri aça bilməsək də,yəqin AHİK-in yeni rəhbərliyinin bildiyi bir nəsnə vardır. Əks halda gündüz işləyən turniketlər, niyə axşam saatlarında söndürülsün ki?

Amma bugünkü mövzumuz turniketlərin işləyib-işləməməsi deyil, daha çox AHİK-in həssas kateqoriyadan olan insanlara biganə münasibəti ilə bağlıdır. Görünür təzə rəhbərliyin başı tədbirlərin təşkilinə qarışdığı üçün təşkilatın fəaliyyətində prioritet olan əsas məsələlər nəzərdən yayınıb. Məsələn, bu yaxınlarda tarixi memarlıq qoruğu olan, şəhərimizin turistik məkanı sayılan İçərişəhərdə Kurort turizm informasiya və hüquqi yardım mərkəzləri fəaliyyətə başlayıb. Ancaq maraqlısı odur ki, adıçəkilən mərkəzlərdə həssas təbəqədən olan insanların rahatlığı nəzərə alınmayıb. Belə ki, burada əlillərin maneəsiz və rahat hərəkəti üçün heç bir şərait yaradılmayıb, onların məmnunluğu nəzərə alınmayıb. Hərçənd, istehsalatda zədə alan və əlil olan vətəndaşların daha çox xüsusi qayğıya ehtiyacı var.

Konfederasiya isə əlilləri sadəcə statistik məlumatları və ya tədbirlərdə zalı doldurmaq üçün yada salır. Real əməldə isə onların problemləri və qayğıları ilə maraqlanmır. Belə ki, AHİK 28 aprel tarixində Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı tədbir keçirib.Tədbirdə AHİK-n yeni sədri Sahib Məmmədov da iştirak edib.Hətta bu möhtəşəm tədbirdə istehsalatda zədə alan və əlil olan əməkçilərin statistikası da qeyd olunub. Ancaq məsələ onlara qayğıya gələndə, qurum real addımlardan boyun qaçırır. Bunu Kurort turizm informasiya və hüquqi yardım mərkəzlərində əllillərin sərbəst hərəkəti üçün şəraitin yaradılmaması bir daha sübuta yetirir. Qeyd edək ki, bu mərkəzlər tarixi qoruq ərazisində yerləşdiyindən həm ictimai, həm də fərdi nəqliyyat vasitələrinin ora girişi qadağandır. Maraqlıdır əməkçilərin sosial rifahını düşünən AHİK rəhbərliyi niyə bu vacib nüansı nəzərə almayıb? Bir çox meqapolislərin təcrübəsi göstərir ki, əksər hallarda mərkəzdə yerləşən iri qurumların və vətandaşlarla kütləvi şəkildə təmasda olan təşkilatların qəbul və sorğu şöbələri şəhərin mərkəzindən bir qədər kənarda, yəni nəqliyyatın ardıcıl işlədiyi və insanların rahatlığı üçün daha əlverişli ərazilərdə təşkil edilir. AHİK-in kurort turizm və hüquqi yardım mərkəzləri isə bütün bu faktorlar nəzərə alınmadan qurulub. Əlil üzvlərə AHİK-də belə biganəliyin olmasının səbəbi isə məlum deyil. Yəqin ki, səbəblərə AHİK və onun yeni sədri Sahib müəllim aydınlıq gətirəcək.

Digər tərəfdən, “Əmək hüquqlarını qoruyaq!” şüarını əlində bayraq tutan AHİK-də bu deviz yalnız söz olaraq qalır. Belə ki, yenicə təmirdən çıxan Konfederasiyanın binasında belə əlillər üçün qurğular nəzərdə tutulmayıb. Yuxarıda adıçəkilən mərkəzlərlə bağlı telefon nömrələri ahik.org saytında yerləşdirilsə də, gün ərzində həmin nömrələrlə əlaqə saxlamaq mümkün olmur. Əraziyə vətəndaşların gəlişində də müəyyən əngəllər yaranır. Bu da keyfiyyətsizlik göstəricisi hesab olunacaq faktorlardan biridir. Ümid edirik ki, böyük tədbirlərlə çatışmazlıqları ört-basdır etməyə çalışan AHİK rəhbərliyi bu nüanslara diqqət yetirəcək və sadalanan məsələlər öz həllini tapacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 May 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri