Icma.az
close
up
RU
Sulutəpə məktəbində nələr baş verir? İLGİNC İDDİALAR

Sulutəpə məktəbində nələr baş verir? İLGİNC İDDİALAR

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbdə istilik sisteminin qaydasında olmaması ilə bağlı məlumatlara son günlərdə tez-tez rast gəlirik.

Valideynlər iddia edir ki, məktəbin birinci mərtəbəsində dizel yanacağı ilə işləyən isidici qurğu quraşdırılsa da, ikinci və üçüncü mərtəbələrdəki sinif otaqlarında şagirdlər saatlarla soyuqda oturmalı olurlar. Onlar övladlarının tez-tez xəstələndiyini dilə gətirirlər.

Gununsesi.info xəbər verir ki, Bakuplus.az-a danışan bəzi valideynlər isə maraqlı iddia ilə çıxış ediblər.

Onlar deyiblər ki, məktəb tikiləndə mavi yanacaqla işləyən qazanxanın fəaliyyət göstərməsinə Fövqəladə Hallar Nazirliyi icazə verməyib. Buna görə də rəhbərlik məktəbi dizel yanacağı ilə işləyən qazaxana vasitəsilə isitmək məcburiyyətində qalıb. Məktəbi dizel yanacağı ilə isitmək isə həm baha başa gəlir, həm də sinif otaqları tam qızmır.

İddialara aydınlıq gətirmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlanılıb.

İdarədən bildiriblər ki, vaxtilə 313 nömrəli məktəbdə biri mavi yanacaq, biri dizel yanacağı ilə işləmək şəti ilə iki qazanxanın fəaliyyət göstərməsinə icazə verilib. Hazırda hər iki qazanxana yüksək səviyyədə fəaliyyət göstərir, iddiaların ciddi əsası yoxdur. Doğrudur, iki sinif otağının qızdırılması ilə bağlı kiçik problem olub, amma bu problem də aradan qaldırılıb.

Belə ki, 313 nömrəli məktəbdə baş verənlərlə bağlı daha bir maraqlı məlumat əldə edilib. Bəzi iddialara görə, sözügedən məktəbin adının mətbuatda hallanmasında maraqlı olan şəxslər var. Məhz həmin şəxslər şişirdilmiş informasiyaları mediaya sızdırırlar.

Qeyd edək ki, 313 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyət göstərir. 840 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəbdə hazırda 2515 şagird təhsil alır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri