Icma.az
close
up
RU
Böyükşordan gələn çağırış: TƏBİB in açıqlaması niyə düzgün anlaşılmadı?

Böyükşordan gələn çağırış: TƏBİB in açıqlaması niyə düzgün anlaşılmadı?

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.


Məlum olduğu kimi, ötən gün Bakının Böyükşor bulvarında təhlükəli hadisə baş verib. Güclü külək hava ilə doldurulmuş uşaq attraksionunu yerindən qoparıb yola atıb.



Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, aprelin 27-də, saat 15:07-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Böyükorşor bulvarı ərazisindən uşaqların qırılan attraksiondan yıxılaraq xəsarət alması barədə çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Lakin çağırış ünvanında heç bir xəsarət alan tapılmayıb".

TƏBİB-in bu açıqlaması bir çox teleaparıcı və jurnalistlərin tənqid hədəfinə çevrilib.

Onlar "Necə ola bilər ki, təcili yardım çağırılır, ancaq xəsarət alan yoxdur", "Pasiyent yerində tapılmayıb nə deməkdir?" kimi replikalarla çıxış ediblər.

Bəs, bu tənqidlər nə dərəcədə əsaslıdır? Praktiki olaraq, belə bir hal mümkündürmü?


Təcili yardım çağırıldığı ünvanda yardıma ehtiyacı olan şəxs və ya şəxsləri tapmadıqda çağırış vərəqəsi necə doldurulmalıdır?


Medicina.az bu suallara aydınlıq gətirmək üçün bəzi dəqiqləşdirmələr aparıb.

Aydın olub ki, həqiqətən də təcili tibbi yardım briqadası saat 15:35-də çağırış ünvanına çatıb. Briqadanın tibbi personalı çağırışın daxil olduğu nömrə ilə əlaqə yaradanda xəsarət alan uşaqların tibb müəssisəsinə aparıldığı qeyd edilib. Ancaq TƏBİB tabeli tibb müəssisələrində bu hadisə ilə bağlı hospitalizasiya olmayıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən saytımıza bildirilib ki, gün ərzində çağırış qeyd olunan nömrə ilə onlar da dəfələrlə əlaqə saxlasalar da, cəhdləri uğursuz olub.

Qeyd edək ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətində Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan Təcili yardımın qeydiyyat vərəqəsi - TQS 110 mövcuddur.

Orada çağırış ünvanı, nə baş verdiyi, telefon nömrəsi, xəstənin adı, soyadı, yaşı, cinsi, zəng edənin adı, vaxtın qeydiyyatı, çağırışın nəticələri, ölüm hadisəsi və s. üzrə qeydlər aparılır. Pasiyentin yerində tapılmaması qeydiyyat vərəqəsində çağırışın nəticələrindən biri kimi qeyd olunub. Tibb personalı çağırışın nəticəsinə uyğun olaraq mütləq qeydləri aparmalıdır.

Beləliklə, Səhiyyə Nazirliyinin Çağırış vərəqinin doldurulması qaydalarında “pasiyent yerində tapılmadı” qeydi olduğundan həkimlər xidməti vəzifələrini tələblərə uyğun icra ediblər.

Ona görə də tənqidlərə rəğmən, təcili tibbi yardımın qeydində və TƏBİB-in açıqlamasında heç bir yanlışlıq yoxdur".


Zaur

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 28 Aprel 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see209

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see186

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see167

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see157

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see137

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see135

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri