Icma.az
close
up
RU
TƏBİB in işıqları

TƏBİB in işıqları

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yolum "Cavadzadə"nin (Respublika Kliniki Uroloji Xəstəxana) aydın adamlarının işığından keçdi. Yolumun üstündəki daşı götürənlər tale adamlar, bəxt adamlar, işıq adamlar, həkimlər oldu. Yolumun üstünə düşən daş atamın böyrəyindən düşmüşdü. Atamın böyrəyinə daş düşmüşdü, elə bil  mənim ürəyimin başına daş düşmüşdü. Sağ əlimin içində ürəyim tir-tir əsirdi. Bacardığım qədər hiss etdirməməyə çalışırdım. Sağ əlimin içində titrəyən ürəyimə ilk məlhəmi Günel xanım çəkdi. Əl verib görüşdü, təbəssümü tər-təmiz çiçək kimi. Gözləri gələcəyi sevən, ümid dolu, nəvaziş dolu Günel xanım Xəlilova "Cavadzadə"də İctimaiyyətlə Əlaqələr Şöbəsinin Mütəxəssisdir. "Qətiyyən narahat olmayın. Həkimlərimizin peşəkarlığına söz ola bilməz"- dedi.

Sağ əlimi uzadıb əl verib, əlini sıxdım, inandım.

Sonra işıq adamlar, atamın günəş üzünə çəkilən qara buludları külək kimi qovdular. Sonra meh adam, sərin adam klinikanın direktoru- T.e.d Fariz Babayev həkim ürəyimə sərin su sərdi. "Qorxmayın"- dedi. Və mütəvazi davranışları ilə məni bir xeyli heyrətləndirdi. Hələ üzündən təbəssüm əskik olmayan Gövhər həkimi görəsiniz, ana nəvazişi ilə mənim də səhəttimlə maraqlandı. Sonra bizi əlləri qızıl, iti zəkası ilə sayılıb seçilən, ölkəmizin ən yaxşı cərrahlarından biri ilə tanış etdilər. Həmişə əməliyyat otağına tələsən T.ü.f.d Elçin Mustafayevlə tanış olduq.

İndi çalışacam ki, bu yazının davamını hisslərimlə yox, gördüklərimlə yazım - Camaat, həkim üçün İrana və ya qəribliyə üz tutmaq lazım deyil. Həkimlərimizin peşəkarlığının şəxsən şahidiyəm. Və illah da, TƏBİB-in adekvatlığı, pasientlərə göstərilən qayğı, biləvasitə "Respublika Kliniki Uroloji Xəstəxana"da gördüyüm səliqə-səhman və nizam-intizam, personalın gülərüz olması məni qucaq dolusu Afərin- deməyə sövq etdi. Bu barədə TƏBİB-bin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova xanıma da yekə bir təşəkkür yazmışam. Qayıdım qucaq dolusu Afərin məsələsinə.

Çoxunuzu bilmirəm fəqət mən ölkəmizdə belə şeylər görəndə qucaqlayıb bağrıma basmaq istəyirəm - gördüyüm yerlərin daşını da, divarlarını da. Mən ölkəmizdə Elçin həkim kimi, Fariz həkim kimi həkimlər görəndə, gördüyümü iki gözümdən soruşub, yeddi gözdən yeddi bədən canlanıram, yenidən var oluram.

Gördüklərimdən belə başa düşdüm ki, adlarını qeyd etdiyim şəxslər və ümumən "Respublika Kliniki Uroloji Xəstəxanası"nın personalı çətin bir məsəlin həll yolunu tapıblar. Bu personal, xəstədə necə bir xəstəliyin olduğunu bilməkdən çox, xəstəliyin necə bir xəstədə olduğunu dərk edərək bu fəlsəfəyə sadiq qalırlar.

Mən isə Günel xanım Xəlilovanı tərifləməkdən yorulmuram. Bir neçə saat əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Elnarə Baxışəliyeva xanıma tərifləmişəm. 

İstər Elnarə xanım olsun, isərsə də Zamirə xanım, bu şəxslərin hər ikisi haqda medya nümayəndələri ilə hər zaman əlaqədə olmalarından dolayı hər ikisi haqda yekə bir tərif də yazmaq olar. Dəfələrlə hər iki xanımla əlaqə saxladığımı xatırlayıram və hər iki xanımın da istənilən məsələyə reaksiyası adkevat olub. Azərbaycanda İcbari Tibbi Sığorta Agenliyinin bu qədər effektiv işləməsi və bu agentliyin göstərdiyi xidmətlər isə başqa bir yazı mövzusudur. Nəhayət və ələlxüsus da deməliyəm ki hər iki qurum, TƏBİB və İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi – Təşəkkürlər!

Elçin Aslangil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri