Icma.az
close
up
RU
Boz kardinalın sistemi çökür RƏY

Boz kardinalın sistemi çökür RƏY

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abbas Abbasovun axtarışa verilməsi mühüm qərardır

Rusiyadan Azərbaycana uzanan gizli şəbəkə dağıdılır

Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. A.Abbasovun ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Qeyd edək ki, A.Abbasov 1992-ci ildən baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiyada yaşamağa başlayıb. A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiyada Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb. 2012-ci ildə yaradılmış qalmaqallı, hamının "Milyarderlər İttifaqı" adı ilə tanıdığı Rusiya-Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub. Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış "Milli Şura"nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında "Milyarderlər İttifaqı"nın Koordinasiya şurasının üzvü olub. Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində "Milli Şura"nın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanaraq Azərbaycana gəlmir. Deyilənə görə, barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. A.Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gedib və İstanbulda qalırmış. Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub. 

Siyasi şərhçi Əlisahib Hüseynov Sherg.az-a deyib ki, "Ramiz Mehdiyev işi"nin əhatə dairəsi getdikcə genişlənir. Ekspertin fikrincə, Abbas Abbasovun axtarışa verilməsi mühüm qərardır: "Abbas Abbasovun istintaqa cəlb edilməsi həm Rusiyaya bağlı "5-ci kolon"un fəal üzvlərinin deşifrə olunmasında, həm də Azərbaycanın radikal müxalifətinin Rusiyanın keçmiş "Milyarderlər İttifaqı" tərəfindən gizli maliyyələşdirilməsinin detallarının üzə çıxarılmasında ciddi dönüş yarada bilər. Çünki Rusiyada yaşayan Abbas Abbasovun bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor strukturlarını müxtəlif qanunsuz yollarla nəzarət altına almağa çalışdığı bəllidir. O cümlədən, 2012-2013-cü illərdə mövcud olmuş “Milyarderlər İttifaqı”nın vasitəsilə AXCP və "Milli Şura"ya dəstək verərək hakimiyyəti ələ keçirməyi hədəflədiyi bildirilir. Təsadüfi deyil ki, Abbas Abbasov hakimiyyəti zorla ələ keçirmə, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunan "boz kardinal"ın qurduğu illeqal sistemin əsas fiqurlarından biri sayılırdı. O, həm də Ramiz Mehdiyevlə yaxın ailəvi dost idi. Bu cür antimilli ünsürlər üçün öz şəxsi maraqları dövlət maraqlarından həmişə öndə gəlir. Hakimiyyət hərisliyi vətənə xəyanət mövqeyində olanları öz çirkin niyyətlərini həyata keçirməyə sövq edir. Onlar xəyanət yolunu şüurlu şəkildə seçirlər. Vətənə, dövlətə xəyanət bağışlanılmaz haldır. Xaricdən idarə olunan və maliyyələşdirilən marionetlərin çirkin planlarının üstünün açılması bir daha sübut edir ki, dövlətçiliyə qarşı oyunlar gec-tez ifşa olunur. 1992-ci ildən 2006-cı ilədək baş nazirin birinci müavini vəzifəsində çalışmış Abbas Abbasov məhz özünün "xaç ata"sı Ramiz Mehdiyevin müdafiəsi nəticəsində uzun illər ərzində məsuliyyətdən kənarda qalmağı bacarmışdı. Ancaq inanırıq ki, o, tezliklə qeyd olunan cinayət işi üzrə istintaqa cəlb ediləcək. Azərbaycan dövlətinə və xalqına xəyanət edən şəxslər qanun qarşısında cavab verməli, ən ağır cəzanı almalıdırlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2025 06:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri