Icma.az
close
up
RU
Rus ideoloq Mehdiyevin həbsindən yazdı: “Boz kardinalın süqutu...”

Rus ideoloq Mehdiyevin həbsindən yazdı: “Boz kardinalın süqutu...”

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Sergey Markedonov Azərbaycanın sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən təhlil yayıb.

Ekspertin fikrincə, bu hadisə təkcə keçmiş “boz kardinal”la bağlı xəbər deyil, ölkənin siyasi elitasında gedən dərin transformasiyanın göstəricisidir.

Markedonov yazır ki, Prezident İlham Əliyevin qurduğu yeni idarəetmə modelində “köhnə qvardiyanın” rol və təsir imkanları artıq tükənib:

“Mehdiyev 24 illik fəaliyyətdən sonra 2019-cu ildə vəzifədən uzaqlaşdırılsa da, onun siyasi təsiri uzun müddət davam etdi. Lakin post-Qarabağ dövründə bu xətt artıq yükə çevrildi. Yeni reallıqlarda Azərbaycanı idarə etmək üçün fərqli düşüncə, çevik komanda və müasir yanaşma tələb olunur.”

Ekspert vurğulayır ki, Ramiz Mehdiyevin ətrafında gedən istintaq və diskussiyalar əslində, Azərbaycanın yeni siyasi fazaya keçidinin təzahürüdür:

“Söhbət təkcə bir şəxsdən yox, bütöv sistemin yenilənməsindən gedir. Köhnə təsir mərkəzləri tədricən arxa plana keçir, 1990-cı illərin regional monopoliyaları isə öz gücünü itirir.”

Markedonov İlham Əliyevin bu prosesdə liderlik rolunu xüsusi qeyd edir:

“Əliyev daxili siyasətdə raket kimidir — onu orbitə çıxaran köhnə pillələri bir-bir geridə qoyur. Yeni mərhələdə bu raket artıq öz orbitindədir və köhnə dayaqlara ehtiyac duymur.”

Analitiklər hesab edirlər ki, Ramiz Mehdiyevin həbsi Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsidir — bu, yalnız bir şəxsin süqutu deyil, yeni siyasi nəsil və idarəetmə fəlsəfəsinin yüksəlişidir.

Sergey Markedonov — Rusiyanın tanınmış politoloqu, tarixçi və Qafqaz regionu üzrə aparıcı ekspertlərindən biridir. O, Moskva Dövlət Humanitar Universitetinin professoru, həmçinin Rusiya Beynəlxalq Münasibətlər Şurasının (RIAC) eksperti kimi fəaliyyət göstərir. Markedonov uzun illərdir Cənubi Qafqaz, postsovet məkanı və etnopolitik münaqişələr mövzularında araşdırmalar aparır, Rusiya, ABŞ və Avropa mətbuatında mütəmadi analitik məqalələrlə çıxış edir. Onun araşdırmaları, xüsusilə, Azərbaycan, Ermənistan və Gürcüstan siyasətinə obyektiv yanaşması ilə fərqlənir. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri