Icma.az
close
up
RU
BP: AÇG də çıxarıla bilən ehtiyatların yarısı hasil olunub

BP: AÇG də çıxarıla bilən ehtiyatların yarısı hasil olunub

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda indiyə qədər çıxarıla bilən ehtiyatların təxminən yarısı hasil olunub.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu BP şirkətinin AÇG sahəsinin işlənməsi üzrə meneceri Əfqan Hüseynov Bakıda keçirilən "SPE Xəzər texniki konfransı-2025"də deyib.

Onun sözlərinə görə, BP tərəfdaşlığının əsas məqsədlərindən biri yataqda hasilatın azalmasının qarşısını almaqdır:

"Azalma tendensiyasını dəyişdirmək üçün bir sıra investisiyaları xüsusi vurğulamaq istərdim. Xəzər hövzəsində həyata keçirdiyimiz ən böyük seysmik yatırım buna misaldır. İki il əvvəl başladığımız bu beşillik proqram rezervuarların daha dəqiq anlaşılması, statik xüsusiyyətlərin və xüsusilə ikinci dərəcəli rezervuarların dinamik performansının xəritələşdirilməsi üçün nəzərdə tutulub. AÇG hələ də böyük potensiala malikdir və çıxarıla bilən ehtiyatların yarısına çatmışıq. Bu yataqdan əldə ediləcək çox şey var", - o bildirib.

Ə.Hüseynov qeyd edib ki, qlobal miqyasda bir neçə sahə istisna olmaqla, neft sənayesində dəyərin böyük hissəsi baza hasilatından formalaşır:

"AÇG-də dəyərin 95 %-i məhz baza hasilatı ilə bağlıdır. Buna görə də hasilat quyularının injeksiya tutumu ilə kifayət qədər dəstəklənməsi son dərəcə vacibdir", - deyə o vurğulayıb.

BP rəsmisi əlavə edib ki, Xəzərdə quyuların qazılması çətin prosesdir:

"Üfüqi quyuların qazılması bu sahədə indiyədək əldə etdiyimiz ən mühüm irəliləyişlərdəndir. Hesablamalarımıza görə, tükənən rezervuarlar və azalmaqda olan sahə şəraitində hasilatı sabit saxlamaq üçün hər il 30 % daha çox rezervuara çıxış əldə etməliyik. Təsəvvür edin, platformalar məhduddur, çata biləcəyiniz quyu sayı məhduddur, amma daha çox rezervuara çıxış lazımdır. Bu baxımdan üfüqi və çoxşaxəli quyular hasilat hədəflərinin icrasında həlledici rol oynayıb", - Ə.Hüseynov əlavə edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,925 %) pay sahibidir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri