Icma.az
close
up
RU
BP beynəlxalq təhsil resurslarını Azərbaycana gətirir

BP beynəlxalq təhsil resurslarını Azərbaycana gətirir

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün BP şirkəti "The Limits of the Market: The Pendulum Between Government and Market" ("Bazarın Hüdudları: Dövlət və Bazar Arasındakı İqtisadi Rəqqas") adlı kitabın Azərbaycan dilinə tərcümə variantını ictimaiyyətə təqdim edib. SİA “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, bu layihə BP-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin və beynəlxalq biliklərin ölkəyə gətirilməsi səylərinin bir hissəsidir.

Kitabın ingiliscədən Azərbaycan dilinə tərcüməsi və nəşrində BP-nin məqsədi bu dəyərli bilikləri makroiqtisadiyyat, marketinq və dövlət və bazar arasındakı münasibətlər sahəsində ixtisaslaşan tədqiqatçılar, tələbələr və bu sahələr üzrə mütəxəssislər üçün əlçatan etməkdir.

Kitabın müəllifi London İqtisadiyyat Universitetinin professoru Paul De Qrauvdur (Paul De Grauwe). Tərcümə kitabın 2017-ci ildə ingilis dilində “Oxford University Press” tərəfindən çap edilmiş birinci nəşrindən edilib.

Kitab dövlətin iqtisadi siyasətləri ilə bazar mexanizmləri arasındakı dinamik təmasları araşdırmaqla bu sahədəki iqtisadi nəzəriyyələr və təcrübələr haqqında dərin bilgilər təklif edir. O, dünyanın belə bir baxışına əsaslanır ki, bu məsələdə seçim bazar ya dövlət arasında yox, nə qədəri bazar və nə qədəri isə dövlət olması sualındadır.

BP-nin Xəzər bölgəsi üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli kitabın Azərbaycanın elmi icması üçün əhəmiyyətini vurğulayaraq deyib: “Akademik cəmiyyətə bu kitabı hədiyyə etməklə bp, Azərbaycanda bu vacib mövzunun daha dərin anlamlarının yayılmasına və bu sahədə Azərbaycanda tədqiqatlara əsaslanan innovativ iqtisadi strategiyaların işlənməsinə töhfə vermək istəyir. İnanırıq ki, yüksək keyfiyyətli təhsil materiallarının əlçatan olması bilgilərin mükəmməlləşməsi və gələcək liderlərin yetişdirilməsi səylərinin əsasını təşkil edir.”

Kitabın ictimaiyyətə təqdimatı bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi “Elm Festivalı”nda baş tutub. Təqdimatın UNEC-in “Elm Festivalı”nın bir hissəsi kimi keçirilməsi bp-nin Azərbaycanda təhsil resurslarının genişlənməsinə və elmin inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır.

“BP təhsilin inkişafına sərmayə qoyulması və Azərbaycana yüksək keyfiyyətli beynəlxalq resursların gətirilməsi səylərini davam etdirəcək. Bugünkü təqdimat da BP-nin akademik mükəmməlliyi dəstəkləmək və beynəlxalq bilik və təcrübə mübadiləsi üçün imkanlar yaratmaq səylərinin daha bir nümunəsidir,” deyə Bəxtiyar Aslanbəyli bildirib.

Bütün maraqlı şəxslər və mütəxəssislərə geniş şəkildə əlçatan olması üçün bp bu dəyərli kitabın nüsxələrini yerli universitetlərə, ictimai kitabxanalara və əlaqədar təhsil və elm müəssisələrinə təqdim edəcək.

Layihənin ümumi dəyəri təxminən 54,200 manatdır (31,882 ABŞ dolları). Bu xərclər 220 səhifəlik kitabın tərcüməsini, redaktəsini və nəşrini əhatə edir.

Layihəni Rəqəmsal Transformasiya Fondu həyata keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri