Icma.az
close
up
RU
bp nin Şahdəniz Kompressiyası üçün Ətraf Mühitə və Sosial İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsi dərc edilib

bp nin Şahdəniz Kompressiyası üçün Ətraf Mühitə və Sosial İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsi dərc edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.

Sənəddə layihənin tikintisi, quraşdırılması və istismarı fəaliyyətləri ilə əlaqədar ətraf mühitə və sosial-iqtisadi sahəyə ola bilən potensial təsirlər tədqiq edilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesi təklif edilmiş işlərin nəticəsində ətraf mühitə və sosial-iqtisadi sahəyə olan hər hansı mənfi təsirlərin müəyyənləşdirilməsini və minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.

ŞDK layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz Müqavilə Sahəsinin işlənməsinin əvvəlki mərhələlərinin davamıdır. Bu layihə yataqdan aşağı təzyiqli qaz ehtiyatlarının hasil edilməsini və maksimum qazvermə əmsalına nail olunmasını təmin etmək üçün dənizdə kompressor platformasının – ŞDK platformasının və əlaqədar qurğuların – quraşdırılmasından ibarətdir. ŞDK platforması Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3km və Şahdəniz Alfa (ŞDA) platformasından təxminən 10km məsafədə, suyun dərinliyi təqribən 85m olan sahədə yerləşəcək və ŞDA və ŞDB platformalarında qaz ixrac kompressiyası üçün əsas qurğunun yerləşdiyi obyekt kimi xidmət göstərəcək.

Maraqlı tərəflər ilə məsləhətləşmələrin aparılması ƏMSSTQ prosesinin mühüm komponentidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihə variantında və ƏMSSTQ sənədində əksini tapmasını təmin edir.

ƏMSSTQ sənədinin və Qeyri-Texniki Xülasənin layihə variantları Azərbaycan və ingilis dillərində tam hazırlanıb və aşağıdakı link və ya QR kodu vasitəsilə bp-nin veb-səhifəsindən əldə edilə bilər:

İngilis dilində: https://www.bp.com/en_az/azerbaijan/home/news/reports/environmental-and-social-documentation/shah-deniz-/Shah-Deniz-Compression-Project.html

Azərbaycan dilində: https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/shah-deniz-/Sahdeniz-kompressiya-layihesi.html

İctimaiyyətin nəzərdən keçirməsi üçün ŞDK üzrə ƏMSSTQ sənədi, həmçinin, Qeyri-Texniki Xülasəsi 27 yanvar 2025-ci il tarixindən aşağıdakı ünvanlarda yerləşdirilib:

• bp-nin Xəzər Mərkəzi Ofisini qəbul şöbəsi, Neftçilər prospekti 153

• M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29

• Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31

• Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20

• Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a

• Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyan şossesinin 3-cü kilometri.

ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:

- doldurulmuş rəy formaları ilə birlikdə elektron məktub ilə [email protected] ünvanına və ya

- doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010, Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə bilərsiniz.

Siz doldurulmuş rəy formalarını yuxarıda qeyd edilən ictimai yerlərdən istənilən birində də təqdim edə bilərsiniz.

ƏMSSTQ-in açıqlanma müddəti 60 gündür. Bu müddət 27 yanvar 2025-ci il tarixində başlayıb və 4 aprel 2025-ci il tarixində başa çatacaq.

ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri