Icma.az
close
up
RU
BP TANAP dakı payının 25 % lik qeyri nəzarət paketini Apollo fonduna satır

BP TANAP dakı payının 25 % lik qeyri nəzarət paketini Apollo fonduna satır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

BP şirkəti Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) 12 %-lik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın 25 %-lik qeyri-nəzarət paketini qlobal aktiv fondu olan “Apollo”ya satır.

525.az bu barədə BP-nin bəyanatına istinadən xəbər verir. Sövdələşmə 1 milyard ABŞ dollara qiymətləndirilir.

“BP və “Apollo” bu gün “Apollo” tərəfindən idarə olunan fondların BP-nin TANAP-da 12 % paya sahib olan törəmə şirkətinin – Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə davam edən boru kəmərinin sahibi və operatoru “BP Pipelines Ltd”nin 25 % qeyri-nəzarət payını əldə etməsi barədə razılığa gəldiklərini açıqlayıblar. Bu əməliyyatdan əldə edilən gəlir BP-nin 20 milyard ABŞ dollarlıq aktivlərin xaric edilməsi proqramının maliyyələşdirilməsinə və digər gəlirlərə yönəldiləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında BP Azərbaycandan Avropaya qazın tədarük edildiyi əsas Trans-Adriatik Qaz Boru Kəməriində (TAP) 20 %-lik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın TAP-dakı qeyri-nəzarət payını "Apollo"ya 1 milyard ABŞ dollara satmağa razılaşıb.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

 “TAP A.G.” boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: BP (20 %), SOCAR (20 %), "Snam" (20 %), "Fluxys" (20 %) və "Enagás" (20 %) .

TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. TANAP Türkiyə-Gürcüstan sərhədində Ərdəhan bölgəsindən başlayaraq, 20 şəhər, 69 rayon və 604 kənddən keçir, Türkiyənin Yunanıstan ilə sərhədində - Ədirnənin İpsala qəsəbəsində sona çatır. Bu nöqtədə Avropa ölkələrinə təbii qaz nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinə birləşir.

TANAP boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: SGC (58 %), BP (20 %)  v "BOTAS" (30 %).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Mart 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri