Icma.az
close
up
RU
bp yeni rəqəmsal mütaliə platformasını istifadəyə verib

bp yeni rəqəmsal mütaliə platformasını istifadəyə verib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

bp Azərbaycanda oxu mədəniyyətinin təşviqinə və mütaliə imkanlarının artırılmasına yönəlmiş sosial sərmayə layihəsini başa çatdırıb.

bp-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “Yoldaş” innovativ rəqəmsal mütaliə platforması yaradılıb.

Platforma insanlara yolda olarkən və ya gözləmə müddətində qısa hekayə və məqalələri rahat, ödənişsiz şəkildə oxumağa imkan verir, gün ərzindəki boş vaxtları mütaliə fürsətinə çevirir. Platformaya mobil tətbiq yükləməyə və ya qeydiyyatdan keçməyə ehtiyac olmadan xüsusi hazırlanmış QR kodlar vasitəsilə birbaşa daxil olmaq mümkündür. Kodu oxutduqdan sonra istifadəçilər mütaliə üçün ayırmaq istədikləri vaxtı qeyd edib həmin müddət ərzində oxuya biləcəkləri qısa məzmunlu materiallar arasından seçim edə bilərlər.

Yeni istifadəyə verilmiş platformada hazırda Azərbaycan ədəbiyyatı nümunələri və Azərbaycan dilinə tərcümə edilmiş xarici müəlliflərin əsərləri də daxil olmaqla təxminən 200 qısa hekayə və məqalə yer alır. Platforma eyni vaxtda çox sayda istifadəçiyə xidmət göstərmək üçün tam sınaqdan keçirilib.

Platformanın ilkin mərhələdə Bakı Metropolitenində, gələcəkdə isə ölkə ərazisində avtobus, taksi və qatarlarda, eləcə də klinikalarda, banklarda, xidmət mərkəzlərində və insanların sıx toplaşdığı digər ictimai məkanlarda istifadəyə verilməsi nəzərdə tutulur.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın zəngin ədəbi irsi və dərin mütaliə ənənələri var. Bu layihə də gündəlik həyatımızda ədəbiyyatı hər kəs üçün daha əlçatan etməklə həmin ənənəni yaşatmağa və davam etdirməyə töhfə verir. Gün ərzində hamımızın yolda olarkən, yaxud nəyisə gözləyərkən bir neçə dəqiqə boş vaxtımızın olduğu məqamlar olur. “Yoldaş” platforması da məhz bu anları mütaliəyə ayırmağa imkan yaradır. Ümid edirik ki, bu platforma daha çox insanı, xüsusilə də gəncləri yeni müəlliflər və əsərlərlə tanış olmağa təşviq edəcək və onların ədəbiyyata marağını daha da gücləndirəcək”.

Layihənin ümumi dəyəri rəqəmsal platformanın hazırlanması, məzmunun seçilməsi, redaktə və korrektə işləri, eləcə də xarici əsərlərin tərcüməsi daxil olmaqla 86 min 350 manat (50794 dollar) təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri