Icma.az
close
up
RU
BPC sədri: “Bu qrant iki ölkə münasibətlərdə yeni mərhələ açacaq”

BPC sədri: “Bu qrant iki ölkə münasibətlərdə yeni mərhələ açacaq”

Icma.az bildirir, Tribuna portalına istinadən.

Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinin hazırkı mərhələsi, qarşıdakı perspektivlər və iki ölkə arasında nəzərdə tutulan 100 milyon dollarlıq qrant təşəbbüsü ilə bağlı mövqeyini açıqlayıb.

BPC sədri bildirib ki, iki ölkə arasında səfərlər, yüksək səviyyəli təmaslar və iqtisadi əməkdaşlıq platformalarının genişlənməsi münasibətlərin dərinləşməsinə mühüm stimul verib: “Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan qarşılıqlı etimad mühiti regionda təhlükəsizlik, iqtisadi sabitlik və yeni əməkdaşlıq modelləri üçün geniş imkanlar yaradır. Bu gün biz iki ölkə münasibətlərində sadəcə ənənəvi diplomatik dialoqdan deyil, strateji tərəfdaşlığa doğru sistemli keçiddən danışırıq. Xüsusilə enerji, investisiya, “yaşıl iqtisadiyyat”, humanitar layihələr və logistika sahələrində Krallığın Azərbaycanla əməkdaşlığa böyük maraq göstərməsi son illərdə real nəticələrlə müşahidə olunur”.

Onun sözlərinə görə, Azərbaycana 100 milyon dollarlıq qrantın ayrılması təşəbbüsü BPC-nin strateji hədəflərində yer tutur: “Bu təşəbbüs ölkənin sosial-iqtisadi həyatında keyfiyyətli dəyişikliklər yaratmaq gücünə malikdir. Bu qrant müasir innovasiya layihələrinin maliyyələşdirilməsi, gənclərin inkişaf proqramları, regionların sosial rifah təşəbbüsləri və yeni iqtisadi modellərin tətbiqi üçün real imkanlar yaradır. Rəqəmsal sahədəki layihələr, startap ekosistemi, təhsil və sosial proqramlar üçün əlavə xarici dəstək ölkənin uzunmüddətli inkişaf strategiyasına ciddi töhfə ola bilər.

O qeyd edib ki, Azərbaycanın inkişaf yolunda dayanıqlı və çevik iqtisadi modellərin qurulması vacibdir: “Bu cür maliyyə dəstəkləri həmin prosesə güclü dinamizm verir. Bu qrantın ayrılması Səudiyyə Ərəbistanının Cənubi Qafqazda nüfuzunun genişlənməsi baxımından mühüm addımdır. Krallığın əldə etdiyi iqtisadi və siyasi çəkini nəzərə alaraq regionda humanitar və iqtisadi proseslərə daha fəal töhfə verməsi təbii və strateji məna daşıyır. Qrant təşəbbüsünün həyata keçməsi Səudiyyə Ərəbistanının bölgədə etibarlı tərəfdaş imicini daha da gücləndirəcək” – müsahibimiz vurğulayb.

Əlavə edib ki, Azərbaycan bu prosesin digər mühüm tərəfidir, çünki ölkə regional güc mərkəzlərindən biridir və iqtisadi-siyasi sabitlik fonunda yeni tərəfdaşlıqlara geniş imkanlar yaradır: “Bu təşəbbüs Azərbaycanın regional liderlik mövqelərinə əlavə dəstək verir. Xüsusilə Qarabağ sonrası yeni iqtisadi dövrün formalaşması fonunda belə layihələrin əhəmiyyəti daha da artır” – deyə Bayramova fikrini tamamlayıb.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri