Icma.az
close
up
RU
Braziliya prezidenti Putini adam yerinə qoymur... Ona görə də “qara qutu...”

Braziliya prezidenti Putini adam yerinə qoymur... Ona görə də “qara qutu...”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“İkincisi də, “Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..”  

Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin "qara" qutularının dekodlanması mediada verilən bəzi ilkin qənaətləri təsdiqləmir.  “İstintaqda Braziliyada xüsusi iclas keçirildi, biz qara qutuları açdıq, onların məzmunu artıq çoxlu maraqlı məlumatlar təqdim edib. Onların məzmunu bizi bir daha əmin edir ki, tam hüquqlu araşdırmanı gözləmək lazımdır”.  Rusiya baş diplomatı belə deyib...

Artıq faciəyə uğramış təyyarəmizin “qara qutu”ları Braziliyaya göndəriləndən bəri bir sıra şərhçilər iddia edir ki, Putin rejimi Braziliya dövlətinə və şirkətinə "qara" qutulardan öz istədikləri “səs”ləri “çıxarmaq” üçün təsir göstərə bilər. Bəs görəsən, reallıqda bu, mümkündürmü?  Əslində Azərbaycana, Türkiyəyə gerçək münasibəti bəlli olan Sergey Lavrovun arxayın danışması şübhələnməyə əsas verir...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bunları söyləyib:

“Hesab edirəm ki, Putin rejiminin “qara" qutulara görə Braziliyaya təzyiq göstərməsi mümkün deyil. Braziliya prezidenti Luis İnasiu Lula da Silva artıq üçüncü möhlətdir hakimiyyətdədir. Özü solçudur. Həmkarlardan gəlib. Qoca kişidir. Həbslərdə olub. Başına çox işlər gəlib. Dünyada hörməti olan bir siyasətçidir. Ona görə də Braziliyanın BRİKS üzvü olmasına rəğmən onun üçün Putin heç kəsdir... 

Digər tərəfdən, “Embrayer” aviasiya şirkətinin, əvvəla, səhmlərinin böyük bir hissəsi “Boyinq” şirkətinindir. “Boyinq”in də Rusiyadan heç bir asılılığı yoxdur. İkincisi də, “Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?  Özü də deyim ki, “Embrayerlər” yetərincə komfortabelli olmasa da, keyfiyyətli təyyarələrdir. O  təyyarələrlə bir neçə dəfə Tiflisə, bir neçə dəfə də Almatıya uçmuşam. Yəni bu baxımdan təyyarəmizin Rusiya hərbçiləri tərəfindən vurulandan sonra hansısa texniki çatışmazlıqlar ucbatından qəzaya uğraması ehtimalı da yoxdur...”

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri