Braziliya təmsilçisi: Azərbaycanın təcrübələrini öyrənəcəyik
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) mühüm bir məqamdır ki, Yeni Şəhərsalma Proqramının nəzərdən keçirilməsindən bir neçə ay əvvəl təşkil olunur. Buna görə də bu, Nyu-Yorka aparılacaq bütün məsələlərin müzakirəsi üçün çox vacib bir an sayılır. Həmçinin bu tədbir dağıntılardan bərpaya qədər yenidənqurma təcrübələrinin nümayişidir.
AZƏRTAC xəbər verir ki, bunu Braziliyanın Yamaykadakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Biz Azərbaycanı dinləyəcək, onun təcrübələrini öyrənəcəyik. Braziliya olaraq, öz təcrübələrimizi də təqdim edəcəyik. Lakin layiqli mənzil təminatının ləyaqət, bərabərlik və ədalət əsasında qurulduğu barədə eyni anlayışı bölüşürük. Burada ekoloji ölçü də var. Çünki iqlim böhranı daha çox imkansızlara, həssas təbəqəyə təsir göstərir. Düşünürəm ki, bunlar burada aparılacaq müzakirələrin əsas mövzuları olacaq", - deyə o vurğulayıb.
Müxbirlər - Göyçək Mahmudlu, Fərid Səlimov, Sara Əliyeva
Fotoqraf - Tofiq Babayev
Videooperator - Vüsal Taqiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 17 May 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















