Icma.az
close
up
RU
Daha 2 hərf öyrənəcəyik Yeni əlifba

Daha 2 hərf öyrənəcəyik Yeni əlifba

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması ortaq tükcə məsələsini yenidən gündəmə gətirib. Uzun müddətdir türk respublikaları arasında ortaq ünsiyyət dilinin yaradılması müzakirə olunur.

Bunun gerçəkləşməsi nə dərəcədə realdır? Hansı məqamlara diqqət yetirməliyik?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan türkoloq Əkbər Qoşalı “ortaq türk dili” ilə “ortaq türkcə – ortaq ünsiyyət dili”nin eyni hadisə olmadığını bildirib.

“Türk millətlərinin öz milli ədəbi yaxud dövlət dilindən əl çəkib süni şəkildə yeni bir “vahid dil” yaratmasının tərəfdarı deyiləm. Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, özbək, qazax, qırğız, türkmən və digər türkcələr bizim ortaq mədəniyyət ağacımızın canlı, yaşıl budaqlarıdır. Budaqları kəsib ağacı “birləşdirmək” olarmı? Ağac onsuz da kökündə birdir.

Özbəkistanda Azərbaycan və özbək rəsmilərinin öz dillərində danışaraq bir-birini anlaması çox gözəl, anlamlı bir örnəkdir. Bu, yüzillər boyu siyasi sərhədlər, fərqli əlifbalar və vasitəçi dillər səbəbindən müəyyən qədər bir-birindən uzaq düşmüş qardaş dillərin yenidən təbii ünsiyyət mühitinə qayıtmasının əlamətidir. Biz bir-birindən uzaqlaşmış, ancaq kökü, təməl söz varlığı, qrammatik quruluşu, düşüncə və ifadə məntiqi böyük ölçüdə qohum olan dillərdə danışırıq.

Bax, elə ona görə, mən ortaq türkcəni hansısa institutun kabinetlərində hazırlanıb, bizlərə təqdim ediləcək süni dil kimi təsəvvür etmirəm. Ortaq türkcə zamanla, canlı təmasların içindən doğmalıdır. Dövlət başçıları, diplomatlar, alimlər, yazarlar, jurnalistlər, tələbələr bir-birini daha çox dinlədikcə; filmlərimiz çevrilmədən yayımlandıqca; kitablarımız qarşılıqlı oxunduqca; ortaq televiziya və rəqəmsal media məkanı genişləndikcə təbii bir qarşılıqlı anlaşma leksikonu yaranacaq.

Yəni ortaq türkcəni yalnız dilçilər yaratmayacaq – həyat, əməli çalışma və məqsədyönlü gedişat özü yaradacaq”.

Ekspertin sözlərinə görə, burada Ortaq Türk Əlifbasının önəmi də böyükdür:

“Artıq 34 hərfdən ibarət ortaq əlifba modeli üzərində razılıq əldə olunub və onun praktik tətbiqi yönündə iş gedir. Ortaq əlifbanı ortaq dilin özündən irəli, ortaq oxunun açarı saymaq doğrudur. Bir-birimizin yazdığını rahat oxumağa başladıqda bir-birimizin danışığını anlamağımız da sürətlənəcək.

Bunun üçün orta məktəblərdən universitetlərə, akademiyalara qədər türk dillərinin qarşılıqlı öyrədilməsi, ortaq terminoloji sözlüklərin hazırlanması, televiziya və rəqəmsal platformlarda altyazılı yayımların artırılması, tələbə-müəllim mübadiləsi, ortaq ədəbiyyat antologiyaları və media layihələri çox önəmlidir”.

Ə.Qoşalı deyib ki, ortaq türkcə zəngin türk dillərindən hansınınsa o birilərinə üstün gəlməsi demək olmamalıdır:

“Məsələ “hamı filan türkcədə danışsın” şəklində qoyularsa, təbii dil yaxınlaşmasının yerinə süni rəqabət yarana bilər. Bizim gücümüz birrənglikdə deyil, bir kökdən gələn çoxrənglilikdədir. Ən azı Orxon-Yeniseydən bəri gələn böyük dil yaddaşımız bizə bunu öyrətmirmi?

İndi Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, universitetlər, media, ədəbiyyat və getdikcə artan insani təmaslar həmin məsafələri yenidən qısaldır. Ortaq Türk Əlifbası üzrə görülən işlərin məqsədlərindən biri də qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirməkdir.

Ona görə “bir-birimizi vasitəçisiz anlamaq üçün nə etməliyik?” sualını daha doğru görməkdə haqlıyıq. Azərbaycanlı özbək qardaşını, özbək qazaxı, qazax saxalını, qırğız qıprıslını, türkmən tatarı öz doğma dilində anlayırsa, bundan gözəl ortaq türkcə modeli nə ola bilər? Mənim arzuladığım mənzərə bax, budur.

Biz dillərimizi bir dilə çevirməkdənsə, dillərimizi bir-birinə çevirmədən anlamağı öyrənməklə daha xeyirli iş görmüş olarıq. Gələcəyin ortaq türkcəsinin ən gözəl fəlsəfəsi, kulturolojisi də elə budur. Asif Ata üslubunca desək, bir dil yaratmaq yox – bir-birimizi anlamaq! Dilləri azaltmaq yox – aradakı məsafəni azaltmaq! Eyniləşmək yox – doğmalaşmaq! Türk dünyasının dil birliyi də bax, belə doğmalaşmanın içindən gələcəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Avqust 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri