Braziliyada təyyarə qəzası: 3 nəfər öldü
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzi-qərb hissəsində yerləşən Mato Qrosso ştatının Agua Boa şəhərinin kənd ərazisində baş verib.
Məlumata görə, şəhər mərkəzindən təxminən 18 kilometr, ştatın paytaxtı Kuyabadan isə 730 kilometr məsafədə qəzaya uğrayan kiçik təyyarə zərbənin təsirindən alovlanaraq tamamilə yanıb.
Hadisə yerli vaxtla saat 08:50 radələrində baş verib. Əraziyə cəlb olunan yanğınsöndürənlər alovu söndürmək üçün təxminən 4 min litr sudan istifadə ediblər.
Qəza yerində aparılan işlər zamanı təyyarənin tamamilə yanmış qalıqları arasında 3 nəfərin meyiti aşkarlanıb. Onların cəsədləri şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məhkəmə-tibbi ekspertizanın aparılması üçün aidiyyəti quruma təhvil verilib.
Təyyarənin haradan qalxdığı və hara uçduğu barədə hələlik məlumat açıqlanmayıb. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 11 Sentyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















