Icma.az
close
up
RU
Braziliyadan Azərbaycana ayaq açan FAYDALI və MÜALİCƏVİ MEYVƏ

Braziliyadan Azərbaycana ayaq açan FAYDALI və MÜALİCƏVİ MEYVƏ

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Braziliyalı alim tərəfindən çox maraqlı şəkildə kəşf edilən subtropik feyxoa meyvəsi olduqca faydalı və müalicəvi xüsusiyyətlərə malikdir.

İlk dəfə alim və seleksioner Silva Feyxo tərəfindən araşdırılan meyvə qeyri-adi görünüşü və tərkibi ilə məşhurlaşmışdır. Silva Feyxo onun tərkibini, faydalılığını, müalicəvi keyfiyyətlərini müəyyənləşdirərək onu gündəlik qidalanma rasionuna əlavə etmişdir. Meyvənin adı isə göründüyü kimi alimin şərəfinə - feyxoa adlandırılmışdır.

Publika.az sizə bu meyvənin maraqlı xüsusiyyətlərini təqdim edir:

Vətəni Braziliya olan bu subtropik meyvə - feyxoa çox az ölkədə yetişir. Azərbaycan da həmin ölkələrdən biridir. Mütəxəssislər Azərbaycanda feyxoanın yetişdirilməsi üçün şəraitin olduğunu və həmin meyvələrin insan orqanizminə lazımlı vitaminlər ötürdüyünü bildiriblər.

Feyxoanın tərkibi:

- Dəniz məhsulları qədər tərkibində yodla zəngin feyxoa meyvəsi orqanizmin normal fəaliyyətini tənzimləyir. Feyxoa orqanizmi qalxanvari vəzinin normal fəaliyyəti üçün vacib olan yodla təmin edir. Məhz bu səbəbdən yod çatışmazlığının qarşısını almaq üçün bu meyvədən müntəzəm istifadə etmək məsləhətdir.

- Feyxoanın tərkibi kaliumla zəngindir. Kalium isə ürək fəaliyyəti üçün mühüm minerallardan biridir. Müntəzəm olaraq feyxoa yeyən insanların ürək əzələləri sağlam, ürək fəaliyyəti normal olur.

- Feyxoanın tərkibi C və PP vitaminləri ilə zəngindir. Bu isə damarlarda qan dövranını sürətləndirir, laxtalanmanın miqdarını azaldır.

- Feyxoanın qabığında olan katexin və leykoantosian maddələr insan orqanizmində güclü antioksidant təsiri yaradır. Birinci növbədə xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində də istifadə edilən feyxoa pektin və qidalı liflərlə zəngindir. Mədədə yaranan əlavə turşuluğun qarşısını alır.

- Yüksək təzyiqdən əziyyət çəkən insanlar feyxoa yeməyə üstünlük versin. Meyvənin tərkibi yüksək təzyiqi aşağı salaraq maddələr mübadiləsini normallaşdırır.

- Təbii antibiotik effekti yaradan feyxoa həm də iltihab proseslərinin qarşısını alır. Virus və infeksiyaların qarşısını alır. İmmun sistemini gücləndirir. Bu səbəbdən feyxoanı soyuq fəsillərdə soyuqdəymədən müdafiə olunmaq məqsədilə yemək tövsiyyə olunur.

- Feyxoa mürəbbəsi də soyuqdəymə əleyhinə istifadə olunan təbii müalicə üsullarından biridir. Lakin mütəxəssislər meyvənin təzə-təzə istehlak edilməsini məsləhət görürlər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see138

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see127

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see125

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see125

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see124

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see122

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri