Braziliyanın rəqibi hansı ölkə olacaq?
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Braziliya 2029-cu ilə təyin olunan Klublararası Dünya Çempionatını (KDÇ) təşkil etmək istəyir. Bu haqda Braziliya Futbol Konfederasiyasının (BFK) saytı məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, bu fikri BFK-nın prezidenti Samir Ksaud FİFA-dan olan həmkarı Canni İnfantino ilə görüşündə səsləndirib. O, belə deyib:
“Bir fikir söhbət əsnasında ortaya çıxdı. Mən ona BFK-nın rəhbəri kimi qarşıya qoyulan hədəflərdən danışdım. Cənab İnfantinoya FİFA-ya daha yaxın olmaq istədiyimizi dedim. ABŞ-də nəhəng turnirin yüksək səviyyədə təşkil edildiyini, Braziliya klublarının uğurlu çıxış etdiyini və növbəti mundiala evsahibliyi etmək istəyimizi bildirdim. Buna çox sevinən İnfantino bizim niyyətimizin baş tuta biləcəyini dedi. Bundan sonra KDÇ-2029-a iddiamızı reallaşdırmaq üçün lazımi işləri görməyə başlayacağıq. Bu, bizim üçün böyük hədəf olacaq”.
“O Globo” qəzetinin yazdığına görə, KDÇ-2029-a daha bir ölkə - Avstraliya da iddia edəcək. Məlumatda bu ölkənin 2023-cü ildə qadınlar arasında dünya birinciliyini yüksək səviyyədə təşkil edəndən sonra yerli federasiyanın istiqaməti klubların mundialına yönəltdiyi bildirilib.
FİFA hələ ki növbəti KDÇ-nin təşkilatçılığı uğrunda mübarizənin detallarına aydınlıq gətirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 03 İyul 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















