Brazilya prezidenti xəstəxanaya yerləşdirilib
Anews saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva beyin qanaması keçirərək təcili xəstəxanaya yerləşdirilib. Bu barədə Tass agentliyi yazıb.
"Lula da Silva respublika liderinin baş ağrısı hiss etməsindən sonra xəstəxanaya yerləşdirilib. MRT-də oktyabrın 19-da evdə baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkar edilib. Əməliyyat insidentsiz keçib”, - deyə tibb müəssisəsindən bildirilib.
Oktyabrın 19-da Lula da Silva evində yıxılaraq xəsarət alıb. O, qanaxma təhlükəsi ilə xəstəxanaya yerləşdirilib və ona beş tikiş qoyulub. Prezident 22-24 oktyabrda Kazanda keçirilən BRİKS sammitinə getməyib.Lula da Silvanın 79 yaşı var. O, 1945-ci ildə Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında anadan olub. 1980-ci ildə siyasətçi Fəhlə Partiyasının qurucusu olub. 2022-ci ildə o, hazırkı lider Jair Bolsonaroya qarşı üçüncü dəfə seçkilərdə qalib gəlib və 2023-cü il yanvarın 1-də prezidentliyə qayıdıb.
Aytac
www.anews.az
Baxış sayı:73
Bu xəbər 10 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















