Icma.az
close
up
RU
Bred Pitt İnes de Ramonla evlənməyi planlaşdırmır: SƏBƏBİ

Bred Pitt İnes de Ramonla evlənməyi planlaşdırmır: SƏBƏBİ

Icma.az, Lent az saytına istinadən bildirir.

Hollivud ulduzu Bred Pitt boşanmasının gələcək planlarına necə təsir etməsindən danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, zərgərlik dizayneri İnes de Ramonla uzunmüddətli münasibətdə olmasına baxmayaraq, aktyor yenidən evlənməyi planlaşdırmır. 

Aktyorun yaxın ətrafı bildirir ki, 62 yaşlı Pitt hələ də Ancelina Coli ilə boşanmasının nəticələrini ağır şəkildə yaşayır.  Mənbələrin sözlərinə görə, keçmiş həyat yoldaşı ilə uzunmüddətli münaqişə və uşaqları ilə mürəkkəb münasibətlər aktyorun evliliyə baxışına ciddi təsir göstərib.

Bu səbəbdən Pitt artıq yenidən ailə qurmaq və ya övlad sahibi olmaq istəmir. Buna baxmayaraq, İnes de Ramonla hazırkı münasibətləri uzun illər davam edən məhkəmə proseslərindən sonra onun emosional vəziyyətinə müsbət təsir edir. 2022-ci ildən artıq birlikdə yaşayan cütlüyün münasibətləri sakit və harmonik kimi xarakterizə olunur.

Bundan sonra onların uzun illər davam edən məhkəmə çəkişmələri başlayıb. Aktyor məişət zorakılığı ilə bağlı ittihamları rədd etsə də, məhz həmin hadisə Hollivudun ən məşhur cütlüklərindən birinin ayrılmasının başlanğıcı olub.

Pitt və Coli boşanma məsələsini yalnız 2024-cü ildə rəsmi şəkildə həll edə biliblər. Bununla belə, keçmiş həyat yoldaşları Fransadakı ortaq mülkləri ilə bağlı məhkəmə çəkişmələrini hələ də davam etdirirlər.  Onların birgə evliliyindən dünya gələn Meddoks, Paks, Zahara, Şaylo və əkiz övladları Noks və Vivyenin isə hazırda aktyorla əlaqəsi yoxdur. Zahara yalnız Coli soyadından istifadə edir, Şaylo yetkinlik yaşına çatdıqdan sonra rəsmi olaraq Pitt soyadından imtina edib. Paks isə daha əvvəl sosial şəbəkələrdə aktyor haqqında kəskin fikirlər səsləndirib.

“Coli uşaqları ondan uzaqlaşdırmaq üçün kampaniya aparıb və bu, uğurlu olub. Aralarındakı düşmənçilik çox böyükdür. O, tamamilə uşaqlarından uzaqlaşdırılıb. Bu, onun üçün dəhşətli zərbədir”, - mənbə bildirib.

Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə şəxsi təyyarədə baş verən münaqişədən sonra ayrılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 İyun 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri