Icma.az
close
up
RU
Bred Pitt özündən 29 yaş kiçik sevgilisinə evlilik təklifi etdi

Bred Pitt özündən 29 yaş kiçik sevgilisinə evlilik təklifi etdi

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hollivudun məşhur ulduzu Bred Pitt daha əvvəl üçüncü dəfə evlənmək istəmədiyini bildirsə də, fikrini dəyişib. Aktyor zinət əşyaları dizayneri olan 32 yaşlı İnes de Ramon ilə nişanlanıb və bu ilin sonuna qədər evlənmək niyyətindədir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Pitt və de Ramon üç il əvvəl münasibətə başlayıblar və nəhayət, əlaqələrini yeni mərhələyə daşıyıblar. Məlumata görə, Bred Pitt evlilik təklifini Yeni Zelandiyaya altı həftəlik film çəkilişlərinə yollanmamışdan əvvəl edib. Onun 2024-cü ilin sonunda Ancelina Coli ilə uzun sürən boşanma prosesini rəsmi olaraq başa vurduğu bildirilir.

“Bred nəhayət, Ancelina ilə keçmişdə qalan və sonsuz görünən boşanma prosesindən azad olduğunu hiss edir. O, İnesə demək istəyir ki, iş məqsədilə nə qədər uzağa getsə də, həmişə onun yanında olacaq”, cütlüyə yaxın bir mənbə bildirib.

Evlilik təklifi münasibətlərə müsbət təsir edib. Mənbələrin sözlərinə görə, bu addımdan sonra Pitt sevgilisini diqqət və qayğıya qərq edib. O, ondan bir an belə ayrılmaq istəmir və hətta İnes də Ramon aktyorla birlikdə çəkilişlərə yollanıb.

“Bred İnesin onun boşanma prosesini necə çətinliklə keçirdiyini anlayır və çətinliklərə baxmayaraq onun dəstəyini yüksək qiymətləndirir”, deyə başqa bir mənbə əlavə edib.

Məşhur cütlük toylarını bu ilin yay sonunda və ya payızın əvvəlində keçirməyi planlaşdırır. Onlar yaxın dostların, ailə üzvlərinin və bəzi Hollivud ulduzlarının iştirak edəcəyi kiçik bir mərasim təşkil etməyi düşünürlər. Qeyd edək ki, bu, Bred Pittin üçüncü evliliyi olacaq.

Aktyorun ilk həyat yoldaşı “Dostlar” serialının ulduzu Cennifer Eniston olub – onlar 2000-ci ildə evlənmiş, lakin 2005-ci ildə ayrılmışdılar. Daha sonra Pitt Coli ilə birlikdə olmuş, 2014-cü ildə evlənmiş, lakin 2016-cı ildə ayrılmışdılar. Onların 6 ortaq övladı var və yalnız 2024-cü ilin sonunda boşanma sənədləri rəsmiləşdirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Aprel 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri