Icma.az
close
up
RU
“Brent” nefti 65 dollara satılır

“Brent” nefti 65 dollara satılır

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Neftin qiyməti ABŞ və Çin liderlərinin söhbəti xəbərinin ardınca dünən yüksəldikdən sonra bu gün səhər saatlarında mülayim şəkildə enməyə başlayıb.

Sitat.info xəbər verir ki, Londonun “ICE Futures” birjasında Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçerslərinin dəyəri 0,2 ABŞ dolları (0,31 %) azalaraq bir barelə görə 65,14 ABŞ dolları təşkil edib. Bir gün əvvəl bu kontraktların qiyməti 0,48 ABŞ dolları (0,7 %) artaraq 65,34 dollar/barel olmuşdu.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçersləri də 0,2 ABŞ dolları (0,32 %) ucuzlaşaraq bir barel üçün 63,17 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,52 ABŞ dolları (0,8 %) artaraq bir barel üçün 63,37 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, dünən Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tramp söhbətin əsasən ticarət məsələlərindən getdiyini və danışıqların müsbət olduğunu söyləyib.

“Böyük ticarət müharibəsinin astanasındayıq və geri addım atsaq, bu, həm ABŞ, həm də Çində neftə tələbat proqnozlarını artıracaq”, - “Price Futures Group”un baş analitiki Fil Flinn deyib.

Neft bazarı həmçinin Albertadakı meşə yanğınları səbəbindən Kanadada hasilatın azaldılması ilə dəstəklənir, eyni zamanda "OPEC+"də tədarükün artması gözləntiləri kotirovkaların artımını məhdudlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sitat.info
archiveBu xəbər 06 İyun 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri