“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
“Brexit” Böyük Britaniya biznesinə hər il 37 milyard funt sterlinqə başa gəlir.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Avropa İttifaqı ilə ticarətdə milyardlarla funt sterlinq dəyərində itkilər Britaniya hökumətini gömrük ittifaqına və vahid bazara yenidən qoşulmaq çağırışları ilə üz-üzə qoyub. Hökumət bildirib ki, Aİ ilə ümumi ticarət həcmi Britaniyanın bloku tərk etməsindən əvvəlki dövrlə müqayisədə 5 faiz azalıb. Parlamentim İcmalar Palatasının kitabxanası tərəfindən aparılan təhlilə əsasən, ticarətdəki 5 faizlik azalma təxminən 37 milyard funt sterlinqə bərabərdir.
Ticarət naziri Duqlas Aleksandr əvvəlki Mühafizəkarlar hökumətinin razılaşdığı “Brexit” sazişini tənqid edərək deyib ki, bu saziş yetərincə effektiv işləmir. Hazırda Leyboristlər Aİ ilə münasibətlərin yenidən qurulması istiqamətində danışıqlar aparırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Mart 2025 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















