Icma.az
close
up
RU
Briana Freyzer: “Şanxayda göstərdik ki, dünya arenasında liderlərdən birinə çevrilmişik” Ə MÜSAHİBƏ

Briana Freyzer: “Şanxayda göstərdik ki, dünya arenasında liderlərdən birinə çevrilmişik” Ə MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycanın qadınlardan ibarət basketbolun 3x3 növü üzrə millisi sentyabrın ilk yarısını uğurla başa vurub. Komandamız Kopenhagendə Avropa çempionatının gümüş medalını qazandıqdan sonra, Şanxayda keçirilən Dünya Seriyasının final turnirində də 2-ci yeri əldə edib. İdman.biz yığmamızın ən məhsuldar basketbolçusu Briana Freyzer ilə müsahibəni təqdim edir:

– Milli komanda Dünya Seriyasının finalında debüt etdi və gümüş medal qazandı. Avropa çempionatındakı uğurdan sonra bu turnirdə motivasiya necə idi?

– İki il əvvəl Dünya Seriyasının həlledici mərhələsində oynamışdıq. Həmin vaxt indiki heyətimiz – Erika Karter, Aleksandra Mollenhauer, Dina Ulyanova və mən – “Neftçi” klubunu Ulan-Batorda təmsil edirdik. 1/4 finala qədər irəliləyə bildik. İndi isə milli komanda olaraq mövsümün finalına yüksəldik və gümüş medal qazandıq. Bu nailiyyətə görə çox sevinirəm. Komanda yaxşı hazırlaşmışdı və göstərdi ki, biz artıq yalnız Avropada yox, dünyada da liderlərdən biriyik.

– Şanxayda çox gərgin mübarizə oldu, üç oyunu – 1/4 final və yarımfinal da daxil olmaqla, iki xal fərqi ilə qazandınız. Demək olarmı ki, mənəvi-psixoloji keyfiyyətlər finala çıxmağınızda əsas rol oynadı?

– Biz oyundan-oyuna addımlayırdıq və təbii ki, hər görüşdə qələbə qazanmaq istəyirdik. Kanadaya startdakı məğlubiyyətdən sonra Niderland U-25 üzərində qələbə qazandıq və qrupun son oyununa – Rumıniyanın “Rapid”inə qarşı görüşə hazırlaşırdıq. Amma güclü yağış səbəbindən oyun təxirə salındı və yalnız ertəsi gün oynadıq. Bu, motivasiyamıza təsir etmədi və qələbə bizi pley-off-a daşıdı. Burada artıq gərgin anlar başladı. Lakin 1/4 finalda Monqolustanın “Ulan-Bator Amazons” komandası ilə, sonra isə yarımfinalda Niderlandla qarşılaşmada taktiki cəhətdən düzgün oynadıq, məşqçinin tapşırıqlarını yerinə yetirdik və finala yüksəldik.

– Avropa çempionatının finalındakı məğlubiyyətə görə Niderland basketbolçularından revanş almaq xoş oldu?

– Kopenhagendə onlara qarşı yaxşı oynamışdıq, sadəcə beş xal fərqi ilə uduzmuşduq. Onların oyun sxemini təxminən bilirdik. Şanxayda qrup birincisi olaraq birbaşa yarımfinala çıxmışdılar. Matçımız çox gərgin keçdi, son saniyələrə qədər mübarizə getdi və nəticədə qələbə bizim oldu.

– Turnirə Kanadaya qarşı oyunla başladınız, finalda da onlarla qarşılaşdınız və hər iki dəfə rəqib qələbə qazandı. Həlledici matçın alınmamasına görə təəssüfləndinizmi?

– Kimlə oynamağımızdan asılı olmayaraq, mən həmişə milli komandamızın gücünə inanıram. Əlbəttə, hamımız qalib gəlmək istəyirdik, amma bu oyunlar bizə hansı cəhətləri daha da inkişaf etdirməli olduğumuzu göstərdi. Kanada üçüncü dəfə Dünya Liqasının qalibi oldu. Finalda uzaq məsafədən dəqiq atışlarla tez fərqləndilər və irəlilədilər. Bir anda fərqi azaltmağa nail olduq, amma həlledici məqamda üstünlüyü kanadalılar qazandı. Finala yüksəlmək özü-özlüyündə bizim üçün böyük uğurdur. Göstərdiyimiz oyun isə gələcək üçün ilham verir.

– Siz Dünya Seriyasının final mərhələsinin ən yaxşı snayperi oldunuz, 54 xal qazandınız və 31 ribaundla da liderlik etdiniz. Demək olarmı ki, yalnız milli komanda yox, sizin oyun səviyyəniz də yeni mərhələyə yüksəldi?

– Basketbolda ilk növbədə komanda nailiyyətləri vacibdir. Milli komandanın belə uğurlar qazanması qürurvericidir – Dünya Liqasının, Avropa çempionatının finalında oynadıq, ondan əvvəl Buxarest və Sumqayıt mərhələlərində qələbə qazandıq. Komandaya öz töhfəmi verdiyimə görə sevinirəm, amma yoldaşlarım da az zəhmət çəkmədilər. Statistikada lider olmaq xoşdur, lakin kollektiv uğur daha dəyərlidir.

Zaki Feyzullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri