Icma.az
close
up
RU
Şanxayda Əliyev Paşinyan görüşü GÖZLƏNİLİR

Şanxayda Əliyev Paşinyan görüşü GÖZLƏNİLİR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 31-dən sentyabrın 3-dək Çinin Tyanjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclası keçiriləcək. Sammit təşkilatın indiyədək ən böyük toplantısı hesab olunur.

Sammitə 26 ölkənin lideri və 10 beynəlxalq təşkilatın rəhbəri dəvət edilib. Rəsmi açıqlamalara görə, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Hindistan Baş naziri Narendra Modi, Pakistan baş naziri Şahbaz Şərif, eləcə də Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistanın dövlət başçıları iştirak edəcəklər. Bundan başqa, Belarus ilk dəfə üzv dövlət kimi masada yer alacaq.

Azərbaycan və Ermənistan liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşüb-görüşməyəcəyi müzakirə mövzusudur.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ehtimallara görə, Prezident İlham Əliyevlə Ermənistan Baş naziri arasında Şanxayda görüş keçiriləcəyi gözlənilir:


“Paşinyan Vaşinqtondan ölkəsinə “ev tapşırığı” ilə qayıdıb. Bu baxımdan, belə demək mümkündürsə, top onlardadır. Onlar bu və ya digər addımları atmalıdır. Bəli, İrəvandan müxtəlif  ziddiyətli bəyanatlar səslənir. Amma gözləyək, görək. Çünki Qarabağ mövzusu ilə bağlı ümidverici bəyanatlar da mövcuddur. Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Şanxayda görüş zərurət olduğu halda baş tuta bilər. Ən əsası Zəngəzur dəhlizi (TRIPP) ilə əlaqədar məsələlərlə bağlı İran Prezidentinin İrəvana səfəri olub. Biz görürük ki, İran rəsmilərinin mövqeyi bu məsələdə müsbətdir. Digər bir vacib oyunçu Türkiyədir. Çünki İrəvan Türkiyə ilə sərhədlərin açılmasını istəyir. Amma Türkiyə və Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu sinxron şəkildə baş versin. Yəni müsbət inkişaf olduğu halda, həm Türkiyə, həm də Azərbaycan sərhədlərin açılmasının tərəfdarıdır. Digər bir nüans Ermənistan ərazisindən keçən "Tramp yol"na nəzarət edəcək ABŞ şirkəti ilə bağlıdır. Bəli,  danışıqlar şirkətlə Ermənistan arasında gedir. Lakin eyni zamanda, Azərbaycanın bu məsələdə şərtləri var. Azərbaycanın birbaşa iştirakı olmasa belə, bu və ya digər məsələnin həlli rəsmi Bakı üçün vacibdir. Bu mövzular aktualdır. Mən proseslərin içərisində deyiləm, dəqiq danışa bilmərəm, amma ehtimal kimi deyə bilərəm. Bu məsələlərlə bağlı iki liderin Şanxay platformasından istifadə edib görüşəcəyini ehtimal edə bilərik”.
Sabiq nazir vurğulayıb ki, Şanxay platforması olduqca vacibdir:

“Çünki dəhlizin işlək vəziyyətdə olmasını ən çox istəyən Çindir. Bu da vacibdir. Biz indi görürük ki, İran və Rusiya da bu məsələdə maraqlı tərəflərdir. Təbii ki, burada Şimal-Cənub dəhlizi nəzərdə tutulur. Ermənistanla ABŞ şirkəti arasındakı təmaslar danışıqlarda əks olunacaq. Vaşinqton görüşü bir çox məsələlərə cavab verdi və orada mövqe aydınlaşdı. Görüş nəticəsində gələcəkdə baş verəcək hadisələrlə bağlı təsəvvür aydınlaşıb. Çoxlu məqamlar var ki, onların da dəqiqləşməsinə ehtiyac var”.



Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri elə bir mərhələyə gəlib çatıb ki, artıq iki ölkə liderinin bir araya gəlməsi üçün heç bir maneə qalmayıb:

"Amma biz ikitərəfli görüşün baş tutmasının çətin olduğu dövrləri də görmüşük. Tərəflərin dialoqdan imtina etdiyi vaxt da olub. Artıq həmin mürəkkəb mərhələ geridə qalıb. Vaşinqton razılaşmasından sonra münasibətlərdə tam yeni səhifə açılıb. “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində cənab Prezident də bəyan etdi ki, Vaşinqton görüşündə sülh sazişinin paraflanması müharibənin, münaqişənin sonu oldu.
“Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Bu sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir”.
Xanım deputat söyləyib ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi mümkündür:

"Sülh sazişinin paraflanması, Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi prosesdə dinamika yaradıb. Bu dinamika fonunda Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında tərəflərin yenidən bir araya gəlməsi mümkündür. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan və Ermənistan rəhbərləri iştirak etdikləri istənilən platformada bir araya gələ bilərlər. Çünki normallaşma prosesində açıq qalan heç bir məsələ yoxdur. Ermənistan növbəti öhdəlikləri yerinə yetirməlidir. Bu proseslə bağlı Azərbaycan tərəfini məlumatlandırmaq yalnız fayda gətirər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri