Brigam Makkoun: Formula 1 yarışlarının keçirildiyi ən yaxşı təşkilatçılıq nümunələrindən biri də Azərbaycandır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan bir çox sahədə regionun aparıcı ölkələrindən biridir. Hətta demək olar ki, Formula 1 yarışlarının keçirildiyi ən uğurlu və ən yaxşı təşkilatçılıq nümunələrindən biri də Azərbaycandır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumunun “Enerji təhlükəsizliyi və bağlantılar” mövzusunda sessiyasına onlayn şəkildə qoşulan Amerika Enerji Təhlükəsizliyi Təşəbbüsünün baş elmi işçisi və direktoru Brigam Makkoun (Brigham McCown) deyib.
O qeyd edib ki, qlobal enerji layihələrində ABŞ kimi dövlətlərin etimadını qazanmaq asan deyil. Lakin ABŞ-ın Trans-Xəzər nəqliyyat marşrutuna xüsusi maraq göstərməsi də məhz Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşması ilə bağlıdır. “Bu marşrutun strateji əhəmiyyəti gələcəkdə daha da artacaq. Trans-Xəzər marşrutu regional riskləri azaltmağa və enerji axınlarının dayanıqlılığını gücləndirməyə imkan yaradır.
Azərbaycan bu enerji əlaqələrinin mərkəzində yerləşir. Bu dəhlizlərin uğurlu fəaliyyəti üçün yalnız infrastruktur deyil, həm də səmərəli idarəetmə və maliyyələşdirmə mexanizmləri vacibdir. Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji potensialı da diqqət çəkir. ABŞ kimi ölkələr bu sahədə əməkdaşlıq etməyə və dəstək göstərməyə hazırdırlar”, - deyə B. Makkoun əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 18 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















