Britaniya ABŞ a hərbi bazalardan istifadəyə qoymadı: İran...
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniya hökuməti ABŞ-a İrana qarşı mümkün hərbi zərbələr üçün ölkə ərazisində yerləşən hərbi bazalardan istifadə etməyə icazə verməyib.
Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunub ki, ABŞ daha əvvəl Yaxın Şərqdə əməliyyatlar zamanı Qlosterşir qraflığında yerləşən RAF Fairford aviabazasından, eləcə də Hind okeanında yerləşən və Böyük Britaniyanın xarici ərazisi sayılan Dieqo Qarsiya adasındakı birgə hərbi bazadan istifadə edib.
“Tayms” qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın Baş nazir Kir Starmerin Çaqos adalarının Mavrikiyə verilməsi və həmin ərazidə yerləşən birgə Böyük Britaniya–ABŞ hərbi bazasının icarəyə götürülməsi ilə bağlı razılaşmanı tənqid etməsi məhz Londonun bazalardan istifadə üçün icazə verməməsi ilə əlaqəli ola bilər.
Böyük Britaniya hökuməti isə məsələ ilə bağlı açıqlamasında bildirib:
“Əməliyyat məsələləri ilə bağlı şərh vermirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 20 Fevral 2026 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















