Britaniya Avropa İttifaqı ilə əlaqələrin yenidən qurulması istiqamətində ilk addımı atıb AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
London, 13 yanvar, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer sabiq Baş nazir Qordon Brounun məsləhətçisi olmuş Maykl Ellamı Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulması üzrə danışıqlara rəhbər təyin edib.
AZƏRTAC xəbər verir ki, Maykl Ellam hazırda çalışdığı HSBC bankından ayrılaraq nazirlər kabinetində ikinci daimi katib, Avropa İttifaqı və beynəlxalq iqtisadi işlər üzrə məsul şəxs vəzifəsinə keçəcək.
İyul ayında hakimiyyətə gələndən bəri hökumət Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaq istəyini dəfələrlə bəyan edib. Lakin Baş nazir vurğulayıb ki, bu, “Brexit” sazişinin ləğv olunması demək deyil. M.Ellam 20 il dövlət qulluğunda çalışıb və bu müddət ərzində Qordon Braun Baş nazir olduğu dövrdə iki il Dauninq Stritdə kommunikasiya direktoru kimi fəaliyyət göstərib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Yanvar 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















