Icma.az
close
up
RU
Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

London, 29 may, AZƏRTAC

Böyük Britaniyanın Müdafiə Nazirliyi döyüş meydanında qərarların daha sürətli verilməsi üçün yeni texnologiyaların hazırlanmasına bir milyard funt-sterlinqdən çox vəsait sərf edəcək.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumət 2027-ci ilin aprelindən etibarən müdafiə xərclərini ÜDM-in 2,5 faizinə, növbəti parlament müddətində isə bu göstəricini 3 faizə çatdırmağı hədəfləyir. Baş nazir fevral ayında bildirmişdi ki, bu artımı maliyyələşdirmək üçün xarici yardım büdcəsində ixtisarlar ediləcək.

Müdafiə Nazirliyi yeni texnologiyaların açıqlanması zamanı bildirib ki, “Rəqəmsal Hədəfləmə Şəbəkəsi” adlı sistem əsgərləri peyklər, təyyarələr və dronlar vasitəsilə təmin edilən əsas məlumatlarla daha effektiv şəkildə əlaqələndirəcək və düşmən hədəflərinin daha tez müəyyənləşdirilib məhv edilməsinə kömək edəcək. Müdafiə naziri Con Hili bəyan edib ki, bu texnologiya süni intellekt və proqram təminatından istifadə etməklə hazırlanacaq.

Bu baxış Leyboristlər hökuməti tərəfindən sifariş edilib və Con Hili onu öz növündə birinci adlandırıb. Baxışın nəticələrinin 2025-ci ilin birinci yarısında dərc olunacağı gözlənilir.

Rəsmi şəxslərin sözlərinə görə, son iki il ərzində Britaniya ordusu potensial düşmənlər tərəfindən 90 minə yaxın kibertəhdidlə üzləşib və bu hücumlar həm say, həm də mürəkkəblik baxımından artmaqda davam edir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see228

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see219

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see156

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see125

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri