Britaniya hökuməti Uelsin iqtisadiyyatı üçün 547 milyon funt sterlinq vəsait ayıracaq
Icma.az, Azertag saytına istinadən bildirir.
London, 13 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti Uelsin iqtisadi inkişafını dəstəkləmək məqsədilə regiona növbəti üç il ərzində 547 milyon funt sterlinq ayıracaq.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, vəsaitin necə xərclənəcəyinə Uels hökuməti qərar verəcək və bu vəsaitin Böyük Britaniyanın yerli inkişaf fondu çərçivəsində hansı sahələrə yönəldiləcəyini müəyyənləşdirmək üçün ictimai məsləhətləşmələrə başlayacaq.
Bu proqram Avropa İttifaqının üzvlüyü dövründə verilən iqtisadi yardımları əvəzləmək üçün nəzərdə tutulan ikinci təşəbbüsdür. Uelsin birinci naziri Eluned Morqan bildirib ki, ayrılan maliyyə ölkənin bütün bölgələrinə çatacaq.
Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqının üzvü olduğu dövrdə Uels hər il Avropa struktur fondları çərçivəsində təxminən 375 milyon funt sterlinq iqtisadi yardım alırdı.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Oktyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















