Icma.az
close
up
RU
Britaniya Kralı Almaniya Prezidenti ilə görüşdü

Britaniya Kralı Almaniya Prezidenti ilə görüşdü

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Böyük Britaniya Kralı III Çarlz, Kraliça Kamilla, eləcə də Uels Şahzadəsi Uilyam Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri və xanımı Elke Budenbenderi Birləşmiş Krallıqda rəsmi dövlət səfəri çərçivəsində qarşılayıblar.

"Unikal" xəbər verir ki, bu, Almaniya prezidentinin son 27 ildə Birləşmiş Krallığa ilk dövlət səfəridir. Vindzor qəsrində keçirilən təntənəli mərasimdə hərbi orkestrin müşayiəti ilə rəsmi qarşılama təşkil olunub, daha sonra qonaqlar süvari dəstəsi ilə qala istiqamətində hərəkət ediblər. Səfər çərçivəsində yumşaq diplomatiyanın gücləndirilməsi, siyasi və mədəni əlaqələrin dərinləşdirilməsi əsas məqsəd kimi müzakirə edilir. Üç günlük səfər protokol mərasimləri, siyasi danışıqlar və mədəni proqramları əhatə edir.

Prezident Ştaynmayer və xanımı günün əvvəlində Uels Şahzadəsi Uilyam və Şahzadə Ketrin tərəfindən Hitrou hava limanında qarşılanıblar. Vindzor qalasında tərəflər arasında rəsmi hədiyyələrin mübadiləsi olub. Almaniya tərəfi Kral Çarlza zarafatla çətir, həmçinin Baxın “Christmas Oratorio” əsərinin surəti, Milad oyuncaqları, Ştaynmeyerin yaşadığı ekokənddən xüsusi pendir hədiyyə edib. Kral Çarlz isə Prezidentə Mull adasında hazırlanmış buynuz dəstəkli əsa, dekorativ boşqab və Virciniya Vulfun “Flush” əsərinin birinci nəşrini təqdim edib.

Daha sonra Prezident Ştaynmayer Dauninq Stritdə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüş keçirib. Almaniya dövlət başçısı iki ölkə arasında əlaqələrin çoxsaylı çətinliklərdən sonra daha yaxşı vəziyyətdə olduğunu qeyd edib və 2016-cı ildə “Brexit”dən sonra yaranmış gərginliklərin aradan qalxmasına diqqət çəkib. O, Avropa və dünyada təhlükəsizlik vəziyyətinin dəyişdiyini vurğulayıb və iyul ayında imzalanmış Böyük Britaniya–Almaniya sazişinin əməkdaşlığın güclənməsində mühüm rol oynadığını bildirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Dekabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri