Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Britaniya monarxiyasında son 90 ilin ən böyük böhranı...

Britaniya monarxiyasında son 90 ilin ən böyük böhranı...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Britaniya kral ailəsi kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun ABŞ-də məhkum edilmiş maliyyəçi Ceffri Epşteynlə əlaqələri fonunda son 90 ilin ən ciddi böhranını yaşayır.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, “Reuters” yazır ki, III Çarlz cümə günü səhər qardaşının polis bölməsindən çıxarkən çəkilmiş fotolarını dünya mətbuatının ilk səhifələrində görüb. Endryu Mauntbatten-Vindzor vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıb və bu hadisə onun mərhum Ceffri Epşteynlə münasibətləri ilə bağlı ictimai qalmaqalı daha da dərinləşdirib.

“Respublika” kampaniya qrupunun rəhbəri Qrem Smit, məhz bu iş üzrə polisə şikayət edən tərəflərdən biri olaraq, həbsi monarxiyanın mövcudluğuna qarşı arqument kimi qiymətləndirib və bunun instituta ciddi zərbə vurduğunu bildirib. Endryu Mauntbatten-Vindzor isə Epşteynlə bağlı hər hansı qanunsuzluqda günahını inkar edir və bu dostluqdan peşman olduğunu deyir.

Vindzorlar evi tarix boyu bir sıra qalmaqallar və böhranlarla üzləşib. Şahzadə Diananın boşanması və 1997-ci ildə vəfatı, daha sonra şahzadə Harrinin həyat yoldaşı Meqanla birlikdə ailənin rəsmi vəzifələrindən imtina etməsi və ABŞ-dan monarxiyanı tənqid etməsi kimi hadisələr buna misal göstərilir. Lakin hazırkı vəziyyət – yüksək vəzifəli kral ailəsi üzvünün istintaqa cəlb edilməsi və həbs olunması – presedentsiz sayılır və monarxiyanı 1936-cı ildə kral VIII Eduardın taxtdan imtina etməsindən bəri ən ciddi sınaqla üz-üzə qoyur.

“Reuters”ə danışan, adının açıqlanmasını istəməyən keçmiş yüksək vəzifəli kral köməkçisi bildirib ki, bu böhran ailənin nəzarət edə bilmədiyi proseslər fonunda daha da ağır görünür və hələ hansı sənədlərin üzə çıxacağının bilinməməsi vəziyyəti mürəkkəbləşdirir.

Məlumata görə, kral ailəsi artıq Endryunu mümkün qədər kənarlaşdırıb: onun titulları əlindən alınıb, iqamətgahı geri alınıb və ictimai fəaliyyətlərdən uzaqlaşdırılıb. Xərçəng xəstəliyi ilə müalicə alan III Çarlz və kraliça Kamilla sui-istifadə qurbanları ilə həmrəyliklərini ifadə ediblər. Şahzadə Uilyam və həyat yoldaşı Keyt isə Epşteynlə bağlı sənədlərdə yer alan məlumatlardan “dərin narahatlıq” keçirdiklərini bildiriblər.

Kralın qardaşının həbsi ilə bağlı verdiyi “Qoy qanun öz sözünü desin” açıqlaması da ailənin ondan daha da məsafə saxladığını göstərən mesaj kimi qiymətləndirilir.

“YouGov”un yanvar ayında apardığı sorğuya görə, britaniyalıların cəmi 3 faizi kralın kiçik qardaşına müsbət yanaşır, təxminən 90 faizi isə onun haqqında mənfi fikirdədir. Bununla yanaşı, kral ailəsinin digər üzvləri, xüsusilə şahzadə Uilyam və III Çarlz cəmiyyətdə daha yüksək etimada malikdirlər.

Endryu Mauntbatten-Vindzorun saxlanılması onun ticarət üzrə elçi olduğu dövrdə hökumətə məxsus məxfi sənədləri Epşteynə ötürdüyü iddiaları ilə bağlıdır. Keçmiş köməkçinin sözlərinə görə, III Çarlz vaxtilə qardaşının bu vəzifəyə təyin edilməsinə ehtiyatla yanaşıb, şahzadə Uilyam isə ümumiyyətlə onunla münasibət saxlamayıb.

Mənbə vurğulayır ki, bu qalmaqal monarxiyaya ciddi və uzunmüddətli zərər vura bilər, lakin hazırkı mərhələdə onun institutun tam süqutuna gətirib çıxaracağı gözlənilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri