Icma.az
close
up
RU
Azərbaycanda son 90 ilin ən böyük problemi: Belə davam edərsə...

Azərbaycanda son 90 ilin ən böyük problemi: Belə davam edərsə...

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda doğum göstəriciləri son 90 ilin ən aşağı səviyyəsinə düşüb. 

Rəsmi statistikanın aparıldığı 1935-ci ildən bəri ilk dəfə olaraq əhalinin hər 1000 nəfərinə cəmi 10 doğulan düşüb. Halbuki, ötən əsrin 60-cı illərində bu rəqəm 42,6 idi. Müqayisə üçün deyək ki, hazırda bu göstərici İran və Ermənistanda 13-12, Gürcüstanda və Türkiyədə 11, Rusiyada isə 9 nəfər təşkil edir. 

Ailələr niyə artıq uşaq dünyaya gətirmək istəmirlər? “Uşaq pulu” verilməsi vəziyyəti dəyişə bilərmi? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında sosioloq, pedaqoq Mail Yaqub bildirib ki, Azərbaycanda doğum səviyyəsinin son illərdə kəskin azalmasının əsas səbəblərindən biri sosial-iqtisadi amillərlə yanaşı, insanların həyata baxış tərzinin dəyişməsidir. Onun sözlərinə görə, “uşaq pulu”nun ləğvi də doğum göstəricilərinə mənfi təsir göstərib: 

“Heç şübhəsiz ki, doğum səviyyəsinin aşağı düşməsində “uşaq pulu”nun da rolu var. Heç kim deməsin ki, “uşaq pulu” lazım deyil, əksinə bu, vacib məsələdir və bərpa olunmalıdır. Sosial problemlərin təsiri danılmazdır. İqtisadi və sosial amillərin burada rolu böyükdür, lakin məsələ tək bu deyil. Başqa səbəblər də var”. 

Onun fikrincə, əsas səbəblərdən biri insanların həyata baxış tərzinin dəyişməsidir:

“Müasir insan artıq çox uşaq istəmir, az uşaqla qənaətlənirlər, az uşaqlı ailə modelinə üstünlük verirlər. Bu, müasir insanın həyata baxışıdır. Hətta imkanlı ailələr belə 1-2 uşaqla kifayətlənirlər. Əgər məsələ yalnız sosial-iqtisadi problemlər olsaydı, imkanlı ailələrdə 5-6 uşaq olardı. Amma indi müasir insan daha çox rahat yaşamaq, başı və beyni dinc olmaq istəyir. “Az uşaq - az problemdir” belə düşünürlər”. Sosioloq qeyd edib ki, bu tendensiya gələcəkdə, 30-50 ildən sonra Azərbaycanda əhali sayının azalmasına gətirib çıxara bilər: 

“Ötən əsrin 60-cı illərində Azərbaycanda hər ana üçün orta hesabla 6-7 uşaq düşürdü. Onda insanlar həyata belə baxmırdılar. Onlar düşünmürdülər ki, uşağın böyüməsi üçün repetitor, yüksək təhsil və ya müəyyən həyat standartları lazımdır. Həyata baxışları elə deyildi. Həyat tələbləri minimumda idi. İndi insanların həyata baxışı fərqlidir. İnsanlar minimumla kifayətlənmirlər, daha yüksək həyat standartları arzulayırlar. 

Nəticədə belə hallar olur. Təəssüf ki, bu problemin ağrı- acısını gələcəkdə ölkə yaşayacaq. 30-50 ildən sonra Azərbaycanda əhalinin sayı azalacaq. Bu isə bizim üçün mənfi haldır, çünki onsuz da əhali sayımız çox deyil. Dövlət bu məsələni ciddi şəkildə düşünməlidir. Təşviqedici addımlar atılmalı, “uşaq pulu” bərpa olunmalı, ikinci və üçüncü uşağa görə xüsusi mükafat və ya dövlət tərəfindən nəsə dəstək olmalıdır. Əks halda, bu azalma davam edəcək”. 

Mail Yaqub vurğulayıb ki, bu, təkcə ailələrin problemi deyil, dövlətin, bütövlükdə ölkənin gələcəyi ilə bağlı məsələdir: 

“İnsanların həyata baxışı və həyat tərzi dəyişib. İndi valideynlər uşağın təhsilini, səhiyyəsini, tərbiyəsini, qidalanmasını, geyimini, səyahətini düşünürlər. Ümumiyyətlə, həyat standartları dəyişib. Ona görə bu məsələ ailələri narahat etmir. İndi çoxuşaqlı ailə görənlər təəccüblənirlər. 

Halbuki hər ailədə azı üç uşaq olsa, gələcəkdə əhalinin azalmasının qarşısı alınar. Bu, ümummilli məsələdir və dövləti narahat edir. Yoxsa insanlar 1-2 uşaq istəyir, yəni bu fərdlərin, ailələrin məsələsi deyil, bu, ümumiyyətlə, dövlətin, ölkənin ümumi problemidir”.

Əfsanə Rəcəb
"Cebheinfo.az" 

Açar sözlər: doğum Mail Yaqub

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri